Ətir haralara sıxıla bilər, Ətir istifadə edərkən nələrə diqqət edilməli?...

Ətir haralara sıxıla bilər, Ətir istifadə edərkən nələrə diqqət edilməli?...Xoş qoxu vermək, qarşındakı cəlb etmək hər qadının xoşuna gəlir. Ancaq ətiri istifadə etməyi bilmirsiniz bir sürü pul tökdüyünüz ətirlər yox olub bir anda gedə bilər. Əgər doğru yerə ətir sıxarsanız həm mənası artar, həm də ətrinizi daha qənaətli istifadə edərsiz. Bəs ətir haralara sıxılar? Ətir istifadə edərkən nələrə diqqət etmək lazımdır? Bu sualların cavabları

Xanim.az sizlərə bu sualların cavabını təqdim edir.

HANSI ƏTİR HARADA İSTİFADƏ EDİLİR?

Gündəlik həyatda, xüsusi dəvətlərdə, ofisdə, idmanda da ətir tez-tez istifadə edilir. Ekspertlər tərəfindən aparılan açıqlamalara görə hər şəraitdə istifadə ediləcək ətir bir-birindən fərqlənir.
Məsələn, iş yerində və ya ofisdə ağır qoxular istifadə etməkdən imtina edilməsi tövsiyə edilir. Buna qarşı olaraq yüngül çiçək və ya meyvə məzmunlu ətir qoxuları seçim edilə bilər. İdman edərkən sıxan ətirlər arasında adətən limon qoxularının ağırlıqda olduğu görülür. Limon qoxusunun rahatlıq və təmizlik hissi doğurması idman üçün uyğun olur.

Xüsusi dəvətlərə, ya da axşam çölə çıxanda istifadə ediləcək ətirlər üçün qoxu spektri daha genişdir. Adətən üstünlük verilən qoxulara baxanda odunumsu, oriental və ya ədviyyatlı qoxuların önə çıxdığı görülür. Bu tərz qoxular arxada iz qoyan qoxular kimi tanınır. Hansı növ qoxunun istifadə ediləcəyi insanın öz zövqü və seçimi ilə də əlaqədar bir vəziyyətdir.

ƏTİRİ QULAQ ARXASINA SIXARSANIZ

Ətir sıxarkən bədən temperaturunun yüksək olduğu yerlərə üstünlük verilməsi lazım gəldiyi bildirilir. Ətrin içərisində müvazinət artdıqca buna bağlı olaraq daimiliyin da artdığı ifadə edilir. Buna görə yüzdə iyirmi ilə qırx arasında müvazinəti olan ətirlərin təxminən səkkiz saat daimi olduğu söylənilir. Orqanizmdə temperaturun yüksək olduğu sahələrə baxanda bunlar içərisində qulağın arxa hissəsi ilə çənə çox isti olaraq təbir edilir. Qollar və çiyinlər isti olaraq ifadə edilərkən dirsəyinin iç qismi isə normal dərəcədə temperatura malikdir.

Kişilərdə boyun bölgəsinin və çiyinlərin ətiri daimi tutduğu söylənilir. Buna topuqlar və döş hissəsi də daxil edilir. Qadınlar baxımından isə qulağın arxa hissəsinin, döş və boyun bölgəsinin ətir iyinin daimiliyi üçün ideal olduğu bildirilir.

ƏTİRİ BELƏ SIXIN

Ətir sıxdıqdan sonra istənilən təsirin olunması üçün bəzi püf nöqtələrinə diqqət edilməsi təklif edilir. Bu sayədə ətir daha düzgün şəkildə istifadə edilir. Əvvəlcə ətir uyğun miqdarda sıxılmalıdır. İntensiv ətir qoxusu narahat edici bir təsirə səbəb olur. Bununla yanaşı, ətirin paltarlara deyil də bədənə sıxılması tövsiyə edilir. Çünki ətir bədən temperaturu ilə birləşərkən qoxusunu yayır. Eyni zamanda içərisində alkoqol və yağ olduğundan dolayı paltara sıxılanda ləkə qoyma ehtimalı olduqca çoxdur.

BƏDƏNİN TƏMİZ OLMASINA DİQQƏT EDİN

Ətir sıxmadan əvvəl bədən təmiz olmalıdır. Xüsusilə duş sonrası ətir sıxanda dəliklər açılmış olduğuna görə ətir orqanizm tərəfindən sorulur və bu sayədə qalıcı hala gəlir. Bununla yanaşı, ətirin uzaqdan sıxması lazım olduğu bildirilir. Buna görə on beş və ya iyirmi sm uzaqdan sıxmalı və sıxdıqdan sonra öz-özünə quruması gözlənməlidir. Bu sayədə ətir qoxusu bərabər olaraq dağılır.

Ətir istifadə ilə bağlı mühüm məqamlardan biri də saçlarla bağlıdır. Ətir darağa sıxıb saçlar bu şəkildə darananda gedərkən ətir qoxusu daha asan yayılır. Həmçinin insan ətiri öz dəri quruluşuna və zövqünə görə seçim etməlidir.

Xəbərlər     Baxılıb: 2042   Tarix: 18 dekabr 2018
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

kosmetika mehsullari gözəllik məhsulları qis geyimləri 2026 qonaq otagi dizaynlari hamilələrin qidalanması sabir haciyev sac uzadan maskalar kosmetika sekisler qaynana hakista hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz qogal dieta