Ətirli tualet kağızı istifadə edənlərə xəbərdarlıq

Ətirli tualet kağızı istifadə edənlərə xəbərdarlıqMütəxəssislər ətirli tualet kağızlarındakı kimyəvi komponentlərin ciddi allergik reaksiyalara və dəri yanmalarına səbəb olduğu barədə xəbərdarlıq ediblər. 
Milli.Az xəbər verir ki, gündəlik gigiyena məhsulları arasında yer alan ətirli və naxışlı tualet kağızlarının istifadəsi son dövrlərdə artan dermatoloji şikayətlər səbəbindən mütəxəssislər tərəfindən ciddi şəkildə araşdırılmağa başlanılıb. Aparılan tədqiqatlar göstərir ki, bu məhsulların istehsalında istifadə olunan kimyəvi maddələr, xüsusilə həssas dərili insanlarda kəskin reaksiyalara yol açır.
Dərinin qoruyucu baryerini zəiflədir
Tualet kağızlarına xoş qoxu vermək üçün əlavə edilən süni ətirlər, spirt törəmələri və rəngləndirici piqmentlər birbaşa selikli qişa ilə təmasda olduqda dərinin təbii qoruyucu təbəqəsini zəiflədə bilər. Dermatoloqlar bu maddələrin kontakt dermatit, yəni təmas allergiyası riskini əhəmiyyətli dərəcədə artırdığına diqqət çəkiblər.
Şiddətli qaşınma və qızartıya səbəb olur
Klinik hesabatlarda əks olunan və istifadəçilər tərəfindən "yanma hissi" kimi təsvir edilən simptomlar aşağıdakılardır:
Ətir tərkibindəki allergen maddələrin dəri ilə təması nəticəsində yaranan şiddətli qaşınma və qızartı.
Kimyəvi maddələrin bölgədəki təbii pH balansını pozması nəticəsində göbələk və bənzər infeksiyalara qarşı müdafiəsiz qalmaq.
Ətirli kağızların emal prosesi səbəbindən dəridə yaranan mikroskopik çatlar və buna bağlı inkişaf edən kəskin yanma hissi.
Mütəxəssislər, xüsusilə allergik bünyəli insanların və uşaqların bu növ məhsullardan uzaq durmasını vurğulayırlar. Sağlamlıq problemlərinin qarşısını almaq üçün aşağıdakı məqamlara diqqət edilməlidir:
Xlorla ağardılmamış, boyasız və ətirsiz (saf sellüloza) məhsullardan istifadə etmək.
Məhsul qablaşdırmasındakı tərkib siyahısını yoxlayaraq "hipoalerjenik" qeydini axtarmaq.
İstifadədən sonra bölgədə yanma və ya həddindən artıq həssaslıq hiss olunarsa, məhsulun istifadəsini dərhal dayandırmaq.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 957   Tarix: 08 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

donlar 2026 gozel gorunmek geyim və ayaqqabılar salatlarin hazirlanmasi ayaqqabı modelləri edebi janrlar dini geyimler kosmetika kəlamlar dieta şəkərbura sağlıq badambura