"Eurovision" səhnəsində biabırçılıq edib arxasını göstərən oğlan: "Mən göstərmək istədim ki... " - VİDEO
"Eurovision 2017" mahnı müsabiqəsində ötənilki Ukrayna qalibi Camalanın çıxışı zamanı şalvarını soyunaraq arxasını göstərən jurnalist Vitali Sedyuk ifadə verib.
Xanim.az axşam.az-a istinadən xəbər verirki , ukraynalı jurnalist bu hərəkəti ilə Camalaya yaxşılıq etmək istədiyini bildirib.
O, məqsədinin yarışmada təhlükəsiz xidmətinin zəifliyini ortaya qoymaq olduğunu iddia edərək söyləyib:
"Birdən mənim yerimə səhnəyə əlində bıçaqla başqa biri çıxsaydı, o zaman nə olardı? Mən təhlükəsizliyin zəif olduğunu göstərmiş oldum".
Qeyd edək ki, "Eurovision 2017"nin final günü Camala səhnədə mahnı ifa edərkən V.Sedyuk Avstraliya bayrağı ilə səhnəyə çıxıb və şalvarını aşağı çəkərək arxasını göstərib.
Ukraynanın Daxili İşlər naziri Arsen Avakonun verdiyi məlumata əsasən, Vitali Sedyuk dərhal saxlanılıb. İlkin olaraq 72 saat müddətinə həbs olunan jurnalisti xuliqanlıq maddəsi ilə cərimədən 5 il müddətinə azadlıqdan məhrum olunma gözləyir.
Xatırladaq ki, Sedyuk qəribə hərəkətləri ilə tanınır. Bundan əvvəl o, canlı efirdə Uill Smiti öpmək, Madonnaya gül verməyə çalışıb, 2013-cü ildə "Grammy" mükafatını Adelin əvəzinə almaq üçün onun imicində səhnəyə çıxıb.
f Paylaş








Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq
Survivor'un məşhur siması BOŞANDI
Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi
Maykl Ceksonun 'gizli ailəsi'ndən müğənni ilə bağlı dəhşətli iddialar
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Səhnə fəaliyyətim Mehinin yaşından çoxdur' - Xalq artisti
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları
"Survivor"da dəhşətli hadisə: İştirakçının ayağı amputasiya edildi
Məşhur müğənni SAXLANILDI
Maksim Qalkinin Bakı gəzintisi - FOTOLAR
Arıqlama iynələri möcüzədirmi?