"Eurovision"da Azərbaycana görün hansı ölkələr sıfır xal verdi?! - SİYAHI
Xəbər verdiyimiz kimi, dünyanın ən böyük musiqi yarışması "Eurovision"ın 62-ci mövsümü Ukraynanın paytaxtı Kiyev şəhərində baş tutub.
Xanim.az qafqazinfo-ya istinadla xəbər verir ki, təmsilçimiz Diana Hacıyevanın (Dihaj) çıxışını cəmi 17 ölkə (münsif və tamaşaçı səsverməsi daxil) bəyənib.
Formata uyğun olaraq münsiflərin verdiyi ballar elan edilib, lakin tamaşaçı səsverməsi gizli keçirilib. Açıqlanan siyahıdan məlum olur ki, Dihajın ifasını yalnız gürcülər bəyənib. Belə ki, gürcü jürilər ona 10, tamaşaçı isə 12 bal verib.
Səsvermənin nəticələri:
Portuqaliya: Münsiflər – 12/ Tamaşaçı səsverməsi – 0
Bolqarıstan: Münsiflər – 5/ Tamaşaçı səsverməsi – 0
Belçika: Münsiflər – 4/ Tamaşaçı səsverməsi – 0
Moldova: Münsiflər – 5/ Tamaşaçı səsverməsi – 10
İtaliya: Münsiflər – 12/ Tamaşaçı səsverməsi – 0
Macarıstan: Münsiflər – 4/ Tamaşaçı səsverməsi – 0
Yunanıstan: Münsiflər – 10/ Tamaşaçı səsverməsi – 0
Kipr: Münsiflər – 1/ Tamaşaçı səsverməsi – 0
Polşa: Münsiflər – 1/ Tamaşaçı səsverməsi – 0
Ukrayna: Münsiflər – 6/ Tamaşaçı səsverməsi – 0
Albaniya: Münsiflər – 2/ Tamaşaçı səsverməsi – 0
Çexiya: Münsiflər – 0/ Tamaşaçı səsverməsi – 10
Gürcüstan: Münsiflər – 10/ Tamaşaçı səsverməsi – 12
İrlandiya: Münsiflər – 1/ Tamaşaçı səsverməsi – 0
Monteneqro: Münsiflər – 0/ Tamaşaçı səsverməsi – 5
Sloveniya: Münsiflər – 0/ Tamaşaçı səsverməsi – 4
San Marino: Münsiflər – 5/ Tamaşaçı səsverməsi – 1
Yarışmada iştirak edən 29 ölkə isə Dihajın ifasını bəyənməyib, sıfır bal yollayıb. Buna Azərbaycanın daim yüksək bal verən Malta, Belarus, Xorvatiya, Serbiya və s. ölkələr daxildir.
Xatırladaq ki, Azərbaycan 8 balı Portuqaliyaya, 10 balı Moldovaya, 12 balı isə Belarusa verib.
f Paylaş








Rza Tamerin ölümü ilə bağlı- araşdırma başladı
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Bu meyvə xərçəngə qarşı gizli silah imiş
Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər
Aysun: Yağmur məni bloka atıb
Vəfa yenidən konsert verəcək
Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun
Məşhur reper ikinci dəfə baba oldu
Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ
Hər gün yumurta yemək olar?
Ana olmaq ehtimalım belə qorxuncdur
Məşhur aktyor vəfat etdi
Atam küçədə yığılıb qalıb, heç kim ona yardım etməyib
Boran' bu tarixdə 'Uzak şehir'ə vida edəcək