Evdarlıq elmi haqqında

Evdarlıq elmi haqqındaDoğum baş tutduqdan, uşaq doğulduqdan sonra tərbiyəsi düz olmazsa, böyüdükdə onun zəhməti də valideynin boynuna düşür. Adamlar artdıqca, yəni qadın, kişi, övladlar çoxaldıqca, bu adamların yeməklərini çatdırmaq, ehtiyaclarını ödəmək bir adam üçün çox çətin olar, köməkçilərə ehtiyac yaranar və mənzilin Rüknünü təşkil edən bu camaatın məişətini nizama salmaq məsələsi ortaya çıxar.
Buraya qədər deyilənərdən məlum oldu ki, mənzilin, ailənin rüknləri beşdir: ata, ana, övlad, xidmətçi və azuqə. Hər çoxluğun nizama salınması onun tərkibinə daxil olan vahidlərin necə düzülməsindən asılı olduğundan mənzilin nizama salınması da həmin tərkibə daxil olanların necə düzülmələri haqqındakı sənətlə müyyənləşdirirlər. Adı çəkilənlər içərisində öz əməyi və səyi etibarilə mühümü ev sahibidir, ona görə də başçılıq və camaatın ixtiyarı ona verilmişdir ki, necə məsləhətdirsə, mənzili də elə idarə etsin.

Mənzil başçısı da ərzaq və zumarın miqdarını, mənzil camaatının ehtiyac və rəftarını nəzərə alaraq onları tərifləyib danlamağa, mükafatlandırıb cəzalandırmağa, vədə verib könüllərini almağa, dava-dalaşa yol verməməyə, mübahisələrə son qoymağa, aralarında sülh və dostluq yaratmağa başlamalı, elə etməlidir ki, hərəsi özünə layiq dərəcəyə çatsın, rahat yaşamaları üçün necə lazımdırsa, aralarında elə də əmək bölgüsü və həmkarlıq olsun.
Bilmək lazımdır ki, burada "mənzil" dedikdə kərpic, palçıq və daşdan tikilən bina nəzərdə tutulmur. Bu, elə xüsusi quruluşdur ki, orada ərlə arvad, valideynlə övlad arasında müəyyən münasibət olmalıdır. Onların yaşadığı yerin taxtadan, daşdan, çadırdan, komadan, ağac kölgəsindən, mağara və ya köhüldən olması məsələnin mahiyyətini dəyişmir.
Deməli, mənzilqurma sənəti (buna ailəqurma hakimiyyəti də deyirlər) bu camaatın hamısının xeyrinə olan, məişətlərinin təminini asanlaşdıran, mənəviyyatlarının inkişafını sürətləndirən, ümumən mənafeyini müdafiə edən bir elmdir.
Bütün insan təbəqələri, istər şah, istər rəiyyət, istər alim, istərsə də nadan belə bir tədbir və quruluşa möhtac olduqlarından, hər kəs öz mərtəbəsində, özündən yuxarıdakının, yəni rəislərinin əmrlərinə tabe olmalıdırlar.
Bilmək lazımdır ki, evdarlıq (ailə saxlamaq) sənətinin ümumi əsası təbibin insan bədəni tərkibləri arasındakı müvazinəti nəzarəti altında saxlamasına bənzər. Bu müvazinət bədənin sağlamlığına, fəaliyyət bacarığının kamilliyinə dəlalət edər. Bu müvazinət (etidal) mövcud olduqca sağlamlıq da davam edər, pozulduqda sağlamlıq da aradan gedər. Üzvlərdən biri zərər gördükdə (təbib) onu müalicə edərkən bütün üzvlərin, xüsusilə ona yaxın olan, rəis üzvün mənafeyini nəzərə alar, birinci növbədə rəis (baş) üzvün, sonra isə o üzvün hayına qalar, bütün üzvlərin mənafeyi üçün həmin üzvün yarılması, ya ona dağ basılması lazımsa, onu da edər, fəsadın başqa üzvlərə keçməməsi üçün hətta onu bədəndən ayırıb kənara atmaqdan da çəkinməz.
Eləcə də ailə başçısı birinci növbədə ev əhlinin ümumi mənafeyinə riayət etməlidir. Hər şeydən əvvəl, ailənin tərkibi arasında olan müvazinətə və münasibətə fikir verməli, onu olduğu kimi saxlamaq; ya daha münasib şəklə salmaq haqqında düşünməlidir. Sonra təbib bədənin hər üzvünü müalicə etdiyi kimi, o da ailənin hər üzvünü müayinədən keçirməli, onun hayına qalmalıdır. Ailə üzvlərinin hərəsinin bütün ailəyə olan nisbəti bədən üzvlərinin hərəsinin bütün bədənə olan nisbətinə oxşar, bəziləri rəis olar, bəzilər tabe, bir qismi çox əhəmiyyətli olar, bir qismi az. Doğrudur, hər üzvün özünə məxsus öz münasibəti və öz fəaliyyəti olar, lakin bütün üzvlərin qarşılıqlı və şərikli fəaliyyəti ən bitkin fəaliyyət sayılır. Eləcə də hər ailə üzvünün özünə görə öz xasiyyəti, öz təbiəti olar və müəyyən məqsədə çatmaq üçün fəaliyyət göstərər. Beləliklə, bütün fəaliyyətləri məcmusundan evdə istənilən qayda-qanun yaranar. Bir tərəfdən təbib yerində hesab edilər, digər cəhətdən üzvlərin ən əhəmiyyətlisi olan ailə başçısı hər üzvün xasiyyətinə, təbiətinə, qabiliyyətinə və fəaliyyətinə bələd olmalı, onların birgə işinin ən münasib nəticə verəcəyi şəraiti bilməli və onların hərəsini ev saxlamaq, ailə dolandırmaq qayda-qanunlarının tələb etdiyi dərəcəyə çatdırmalı, bir xəstəlik baş versə, aradan qaldırmalıdır.
Dediyimiz kimi, ev dolandırmaq peşə, sənətə daxil edilməsə də, bir sənətkarlıqdır.

Maraqlı     Baxılıb: 6432   Tarix: 01 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı

 "İlk implantları yaxın aylarda yerləşdirəcəyik". İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir. xəbər veri

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

turlar.az

toy makiyaji sekilleri toy gecesi yaz geyimleri 2026 toy ucun qisa donlar qalstukun baglanmasi yemək sizanaqlara qarsi maskalar kosmetika sanamalar veten haqqinda bayati məsəllər fitat yuxuda qara ilan gormek