Evdə etdiyiniz bu səhv astmaya səbəb olur – DİQQƏT

Evdə etdiyiniz bu səhv astmaya səbəb olur – DİQQƏTDöş qəfəsi xəstəlikləri üzrə mütəxəssis Dr. Klaus Veber klinikasına müraciət edən 45 yaşlı qadın xəstədə astmanın səbəbini araşdırarkən diqqətçəkən faktlar üzə çıxarıb.
Milli.Az xəbər verir ki, məlumata görə, astma xəstəliyindən əziyyət çəkən qadında xəstəliyin yaranma səbəbi əvvəlcə müəyyən edilə bilməyib. Dr. Veber xəstənin ev şəraiti ilə bağlı apardığı sorğu zamanı qadının paltarlarını radiator üzərində qurutduğu məlum olub. Bundan sonra evdən hava nümunəsi götürülərək müayinəyə göndərilib.
Aparılan araşdırma nəticəsində hava nümunəsində "Aspergillus" göbələyinə aid sporlar aşkar edilib. Bildirilir ki, bu sporların sıxlığı normal göstəricidən 50 dəfə yüksək olub. Mütəxəssislərin sözlərinə görə, bir dəfə paltar qurutmaq təxminən 2 litr buxar yaradır və pəncərələr bağlı olduqda evdə rütubət səviyyəsi 70-80 faizə qədər yüksəlir. Bu isə göbələklərin sürətlə çoxalması üçün əlverişli şərait yaradır.
Qeyd olunur ki, insanlar bu sporları nəfəs aldıqda, onlar ağciyərlərə yerləşir. İmmunitet sisteminin reaksiyası nəticəsində iltihab yaranır və bu proses astmanın inkişafına səbəb olur.
Araşdırmada ümumilikdə 300 astma xəstəsi iştirak edib. Onlardan 180 nəfərinin paltarlarını evdə, xüsusilə yataq otağında qurudduğu müəyyən edilib. Sağlam nəzarət qrupunda isə bu göstərici cəmi 13 faiz təşkil edib.
Dr. Klaus Veber xəstəsinə yataq otağında paltar qurutmağı qadağan edib. Üç ay sonra aparılan nəzarət müayinələri zamanı qadında astma əlamətlərinin tamamilə yox olduğu və dərman istifadəsinə ehtiyac qalmadığı bildirilib.
Fidan
Milli.Az

Xəbərlər     Baxılıb: 1106   Tarix: 16 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

qaşların formalari yemek reseptleri qadin sayti siqaret tergitmeyin asan yolu hiperaktiv usaqlarin mualicesi otaq dizaynlari fitness kosmetika veten haqqinda bayati zencefil qaynana narin faydasi hakisda