Evdə sistem qoşdurmaq xəstəni komaya, şoka sala bilər - Həkimdən xəbərdarlıq

Evdə sistem qoşdurmaq xəstəni komaya, şoka sala bilər - Həkimdən xəbərdarlıqPandemiya dövründə vətəndaşlara təyin edilən həkim reseptlərinin əksəriyyəti onlayn qaydada yazılıb. Ödəniş isə bank kartı vasitəsilə həkimə çatdırılıb. Bu barədə dəfələrlə sosial şəbəkələrdə məlumatlar paylaşılıb.
Ümumiyyətlə həkimin xəstəni görmədən, əyani müayinə etmədən, xüsusilə infeksion xəstəlik üçün müalicə yazmaq ixtiyarı varmı? Bu hər iki tərəf üçün riskli məsələ deyilmi?
Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, həkim-terapevt Zakir Quliyev oxu.az-a bildirib ki, tibdə həkim üçün xəstəlik yoxdur, xəstə vardır. Yəni həkimlər xəstəlikləri deyil, xəstəni müalicə edirlər:
"Xəstəyə müalicə yazmazdan öncə mütləq şəkildə digər yanaşı xəstəliklərini, onu narahat edən ümumi simptomları nəzərə alınmalıdır. Bu gün xəstəni görmədən yazılan bir dərman ona ziyan vura bilər. Burada standart müalicədən çox, bəzi dərman preparatlarının xəstələrə zərər vurduğunun şahidi oluruq. Bəzən bu kimi halları görmüşük, təəssüf olsun.
Xəstənin anamnezi toplanılmadan, zəruri analizlər tələb edilmədən yazılan dərman müalicələri onlarda qanaxmalara, qaraciyərdə müxtəlif ciddi problemlərə yol aça bilir. Yaxşı olar ki, xəstələr birbaşa həkimə müraciət edib əyani müayinədən keçdikdən sonra müalicəyə başlasınlar. Bu onların təhlükəsizliyi üçün çox önəmlidir".
Həkim terapevt evdə "sistem" təyinatı ilə bağlı da danışıb:
"Təəssüf olsun ki, bu gün ehtiyac oldu-olmadı hər kəs ev şəraitində "sistem" vurdurur. Bu heç də doğru deyil.
Əgər biz orqanizmin ehtiyacı olan zülalı, mikroelementləri normal qidalanma yolu ilə əldə edə biliriksə, sistemə ehtiyac yoxdur. Ağzımız ilk növbədə qida qəbulu üçün, daha sonra danışmaq üçün yaradılıb. Əgər biz ağızdan qida maddələrini, mayeni orqanizmə ötürə bilmiriksə, yalnız o zaman məcburuq ki, orqanizmə lazım olan maddələri venadaxili yolla, yəni "sistem"lə çatdıraq.
"Sistem" özü xəstəxanalarda tətbiq edilməsi vacib olan bir müalicə metodudur. Təəssüf ki, dəfələrlə evdə qoşulan "sistem"lərdən sonra yaranan şok, allergik reaksiya ilə xəstələr görmüşük. Bəzən biz bu xəstələrin həyatını xilas edə bilmirik. Bu çox ağır nəticələrə gətirib çıxarır. Hər kəsə tövsiyə edirik ki, qonşunun, dayının, bibinin təklif etdiyi "müalicə"lərdən uzaq dursunlar".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1211   Tarix: 14 fevral 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

geymler 2026 geyim seçimi toy makiyajlari evim interyer heyvanlar qara qaragat doğuşdan sonra kosmetika sevda sekis xlor lekesi hakistalar qadin saglamlig