Evi cadudan təmizləməyin YOLLARI

Mübahisə, ölüm, xəstəlik və s. bu kimi hallar evdə neqativ enerji yaradır. Neqativ enerjini, cadu-tilsim sayəsində evdə yaranmış xoşagəlməz auranı aradan qaldırmağın müxtəlif yolları var.

Qadinsayti.az publika.az-a istinadən evi mənfi enerjidən təmizləməyin bir neçə yolunu təqdim edir:

Təmizlik
Evi cadudan təmizləməyin YOLLARIDağınıqlıq və çirk, mənfi enerjiləri evə cəlb edir. Evi təmizləməklə avtomatik olaraq mənfi enerjini də aradan qaldırırsınız. Mütəmadi olaraq hamam və mətbəx də daxil olmaqla, bütün otaqların künc-bucaqlarını yaxşıca təmizləyin. Mətbəxdə heç vaxt, xüsusilə gecələr çirkli qab saxlamayın. Əşyaları həmişə aid olduqları yerə qoyun. Ehtiyacınız olmayan köhnə əşyaları atın.
Büxur yandırmaq
Evi cadudan təmizləməyin YOLLARIBüxur evi mənfi enerjidən təmizləməyin ən qədim üsullarından biridir. Yandırmaq üçün ən çox istifadə edilən bitki isə adaçayıdır. Adaçayını yandırdıqda ətrafa neqativ ionlar göndərir, bu da mənfi enerjini neytrallaşdırır.
Neqativ ionlar evdə əmin-amanlıq yaradır. Adaçayının eyni zamanda sakitləşdirici təsiri də var. O, sinirləri sakitləşdirib zehni gücləndirir. Adaçayına alternativ kimi lavanda, şam və ya başqa gözəl ətirli bitkilər də istifadə etmək olar. Evinizi təmizlədikdən sonra bütün qapıları, pəncərələri, siyirmələri və şkafları açın. Bir-birinə bağlanmış quru budaqları yandırıb, tüstünün hər tərəfə yayılması üçün evin içində gəzdirin.
Mebelləri səliqəyə salın
Evi cadudan təmizləməyin YOLLARIBəzən mebellərin yerlərini dəyişdirmək də evdəki pis enerjinin azalmasına kömək edir. Mebelləri yerləşdirən zaman otağın mümkün qədər geniş görünməsinə çalışın. Əgər nəticə sizi qane etmirsə, deməli, düzgün yerləşdirməmisiniz. İstifadə etmədiyiniz əşyaları evdə saxlamayın.
Günəş işığı və təmiz hava
Evi cadudan təmizləməyin YOLLARIGünəş işığı və təmiz hava mənfi enerjini evdən dərhal təmizləyir. Təbiətin güclü enerjisi sizin ən yaxşı xilaskarınız olacaq. Mənfi enerjini yox etmək üçün səhər tezdən yuxudan duran kimi pərdə, pəncərə və qapıları açıb gün işığının və təmiz havanın içəri daxil olmasına icazə verin. Sadəcə, otağınızın və orqanizminizin deyil, paltarlarınızın da günəşə ehtiyacı var. Paltarları mümkün qədər günəş işığında qurudun.
Dəniz duzu
Evi cadudan təmizləməyin YOLLARIBir neçə qaşıq dəniz duzunu bir stəkan isti su ilə qarışdırıb duzun əriyib, su ilə həll olmasını gözləyin. Qarışığı sprey şüşəsinə töküb evin müxtəlif guşələrinə sıxın. Otağınıza, xüsusilə şimal-şərq və cənub-qərb tərəfə dəniz duzu səpin. 1 gecə saxladıqdan sonra tozsoranla süpürün.
Alqış sədaları
Evi cadudan təmizləməyin YOLLARIAlqış sədaları, yüksək səs və titrəyişlər neqativ enerjinin yox edilməsinə yardım edir. Təmiz və yüksək səs evi mənfi enerjidən təmizləməyin ən effektli üsuludur. Göy gurultusu da təbiətin müsbət enerjini yaymasının bir üsuludur. Evinizin müxtəlif guşələrində, rəflərdə, pilləkənlərdə, ağlınıza gələn hər yerdə əl çalın. Zəng, zınqırov və təbil kimi alətlərdən dən istifadə etmək olar.
Efir yağları
Evi cadudan təmizləməyin YOLLARIEfir yağlarının kəskin ətri mənfi enerjini dərhal məhv edir. Eyni zamanda evdən uzun müddət xoş, təravətli qoxular gələcək. Limon, portağal, lavanda, adaçayı, nanə və qızılgül kimi fərqli efir yağlarından bəhrələnmək olar. Kiçik sprey şüşəsini su ilə doldurun. 15-30 damcı hər hansı efir yağı əlavə edin. Onu evin hər küncünə, xüsusilə pəncərə və qapılara sıxın.
Dibçək bitkiləri

Dibçək bitkiləri də mənfi enerjini aradan qaldırmaqda olduqca təsirlidir. Bambuku, ay otu, adaçayı, hind reyhanı, orxideya, aloe vera, rozmarin, jasmin və s. bitkilər evdə müsbət aura yaradır.
Daşlar
Evi cadudan təmizləməyin YOLLARIKristalların yaydığı yüksək vibrasiya mənfi enerjini yox etməyə qadirdir. Onlar ətrafımızdakı insanların səbəb olduğu mənfi duyğu və düşüncələrlə mübarizə aparır. Qara turmalin daşını evin girişinə qoymaqla mənfi enerjinin daxil olmasına mane olursunuz. Ya da onu evin mərkəzinə qoyaraq pis enerjinin evdən çıxmasını təmin edə bilərsiniz.

Pis enerjiyə qalib gələn digər daşlara: çaxmaq daşı, kuvars, qara oniks, ametist, qara obsidian və apaçi göz yaşları, kəhrəba və.s daşları misal çəkmək olar. Daşların öz funksiyasını yaxşı yerinə yetirə bilməsi üçün onları həftədə bir dəfə təmizləmək lazımdır.
Zəfəran
Evi cadudan təmizləməyin YOLLARITibet ənənəsinə görə, mənfi enerjilər zəfəranın kəskin qoxusunu sevmir. Dolayısı ilə zəfəran pis enerjini evdən uzaqlaşdırmağın ən asan yoludur. Günəş doğarkən evinizin girişinə bir miqdar zəfəran səpin. Beləliklə, evinizə müsbət enerjini dəvət edin.
Evi cadudan təmizləməyin YOLLARI

Maraqlı     Baxılıb: 11106   Tarix: 24 iyun 2016
f Paylaş

Oxşar xəbərlər

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Ölkəmizdə məktəblər bağlanır? – Xəbərdarlıq

Ölkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Son məlumata görə, hazırda 284 xəstə var. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub. Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi?

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

"Böyük Qayıdış kimi tarixi prosesi gənclərə çatdırmaq müəllimlərin əsas vəzifəsidir - Hafiz Paşayev

Təhsilin keyfiyyət göstəricisi şagird və tələbədirsə, bu təhsilin təminatçısı müəllimdir. Müəllim adını qorumaq, yüksəltmək hər birimizin vəzifəsidir.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfi

turlar.az

donlar 2026 gözəllik məhsulları geyim necə seçməli qış salatları evin bəzədilməsi aybasi sac horukleri kosmetika əqrəb veten haqqinda bayati həmidə hesaplama novruz bayrami hakisda