Evlilik haqqında 8 həqiqət

Evlilik haqqında 8 həqiqətNiyə ağ gəlin paltarı?

Gəlinliklər hər zaman ağ deyildilər. Tarixdə ənənəvi olaraq qırmızı, mavi, çəhrayı və hətta qara rəngli, gümüş və qızıl tikişli modellərdən istifadə edilmişdir. Məsələn, Qədim Romada gəlinliklərin rəngi sarı imış. Ağ gəlinlik adəti Birləşmiş krallıq və İrlandiya kraliçası olan Kraliça Viktoriyanın 21 yaşında şahzadə Albertlə evlənməsiylə yayılmışdır. Beləliklə, artıq ağ gəlinlik modelləri seçilməyə başlanmışdı.

Öpərək yuxudan oyandırmaq

Bu maraqlı həqiqət xüsusilə kişilərin marağını cəlb edəcək. Səhərlər həyat yoldaşlarını öpərək oyandıran kişilərin 5 il daha uzun yaşadıqları deyilir. Bu həqiqət xüsusilə evliliklə əlaqədar mənfi fikirdə olan kişilər üçün sevindiricidir. Yoxsa hər işdə bir xeyirmi var?

Fədakarlığın təsiri

2006-cı ildə aparılan araşdırmada evlilikdə fədakar olmağın səadət və dinclik baxımından olduqca əhəmiyyətli bir amil olduğu təsdiq olunmuşdur. Bu araşdırmada iştirakçıların "Sevdiyim adam əzab çəkincə, mən çəkim. Həyatla əlaqədar arzu və istəklərimi sevdiyim şəxsin arzu və istəklərinə qurban edərəm" kimi ifadələrə göstərdikləri reaksiyalar ölçülmüşdr. Bu ifadələri təsdiq edən iştirakçılara fədakarlıqdan başqa çaşdırıcı suallar da verilmiş və nəticədə evliliklərində diqqətəçarpacaq dərəcədə xoşbəxt olduqları ortaya çıxmışdır.

Evlilik üzüyünün hekayəsi

Evlənərkən üzük taxma adəti Misir və Roma dövrlərinə qədər gedib çıxır. Misirlilər halqa şəklindəki cisimlərin başlanğıc və sonunun olmamasını və sonsuzluğu təmsil etməsini evliliklə əlaqələndirblər. Tarixdəki qeydlərə görə, ilk nişan üzüyü almaz imiş və Avstrya ershersoqu Maximilian bu üzüyü Merinin barmağına taxmışdır.

Gülümsəməyin əhəmiyyəti

Sevdiyinzlə aranızda evlilik qərarı verməniz şübhəsiz ki, olduqca xoşdur. Bu qərarı vermə ərəfəsindəsinizsə, əvvəlcə onun məktəb illərini araşdırın. 2009-cu ildə aparılan araşdırmada elm adamları müxtəlif insanların məktəb illərindəki gülümsəmək tezliklərini 1-10 arasında qiymətləndirmişlər. Nəticə gözlənilən kimi olmuşdu. Daha çox gülən, ən çox səs yığan və 10%-lik hissəyə girən heç kim boşanmamışdı. Siyahının ən sonunda şəkillərdə çox gülməyən və ən az balı olan 10% insan yer alıb ki, onların da yarıdan çoxunun evlilikləri boşanma ilə bitmişdir.

Evlilik təklifi

Ən müasir evlilik təkliflərini, bildiyiniz kimi, kişilər edir. Ancaq təbii ki, bəzən qadınlar da evlilik təklifi edir. Qadınların kişilərə evlilik təklif etmə dəbi yeni deyil, əsrlər əvvələ söykənir. 1228-ci ildə Şotlandiyada qadınlar kişilərə evlilik təklifi etmə hüququ qazandıqdan sonra bu dəb Avropanın digər ölkələrinə də yayılmışdır.

Şiddət meyli azalır.

Bəlkə də tək istədiyiniz sevgidir. Ya da heç olmasa başınız bəladan uzaq olsun istəyirsiniz. Kim bilir?

2010-cu ildə edilən bir araşdırmada evliliyin kişilərdəki şiddət meylini 35% azaltdığı sübut olunmuşdur. Araşdırmanı reallaşdıranlar, əslində şiddətə meyli az olan kişilərin evlənməyə daha uyğun olduğunumu, yoxsa evləndikdən sonramı şiddət meylinə düşdüklərini açıqlaya bilməmişlər.

Siz necə düşünürsüz?

Üzük taxılan barmağın əhəmiyyəti nədir?

Evlilik üzüyü sol əlin sərçə barmağnın yanındakı barmağa taxılması qədim dövrlərə söykənir.

Romalılar bu xüsusi barmaqdakı "vena amoris" yəni eşq damarı dedikləri damarın birbaşa ürəyə çatdığını düşünür və evlilik üzüyünü bu barmağa taxırlarmış.

Ailə və Uşaq     Baxılıb: 3533   Tarix: 05 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

turlar.az

toy makiyaji sekilleri geyim və ayaqqabılar geyim seçimi yemək bişirmək yarpizin faydalari sperma gəlin qayınana kosmetika vətən haqqında atalar sözləri hakışta zehmet ve zinet saglam qidalanma gəncə