Evlilik haqqında maraqlı məlumatlar

Evlilik haqqında maraqlı məlumatlarEvlənən zaman üzük taxmaq adəti qədim Misir və Roma dövründən qalıb. Qədim Romada üzük taxmaq mənsubluq və bağlılıq mənasını daşıyırdı. Taxılan üzüklərin dəmirdən olması evliliyin güclü və möhkəm olmasının rəmzi idi.

Tarixə düşən ilk nişan üzüyü 1417-ci ilə aiddir. Bu brilyant daşlı üzüyü avstriyalı hersoq nişanlısına hədiyyə etmişdi.Bundan sonra brilyant tək qaş üzük evlənmə təkliflərində bir vasitə olaraq istifadə edilmişdir.

Gəlinlik libasları adətən ağ olur. Bütün tarix boyu milli adətlərə əsaslanaraq, qızılı,mavi,gümüşü və hətta qara gəlinliklər belə mövcud olub. Məsələn, qədim Romada gəlinliklər sarı rəngdə olub. Ağ gəlinliyin tarixi Birləşmiş Krallıq və İrlandiya kraliçası Victoriyanın Prins Albert ilə toyundan sonra dəb halını alıb.

Adətən evlilik təklifini kişilər edirlər. Lakin qadınların da evlilik təklif etməsi qədim zamanlarda mövcud olmuşdu. Məsələn, 1228-ci ildə Şotlandiyada qadınlara sevdiyi insana evlilik təklifi etmə haqqı verilmişdi. Bu hadisədən sonra Avropada qadınların evlənmə təklifi etməsi dəb halına çevrilmişdir.

Qədim zamanlardan bəri yeni evlənən cütlüklərin başına tökülən buğda və gül bərəkət rəmzi sayılırdı.

Ekspertlərin qənaətinə görə, ailədə kişi və qadın gün ərzində bir-birlərinə orta hesabla 4 dəqiqədən 40 dəqiqəyə qədər vaxt ayıra bilirlər. Əgər cütlüyün hər ikisi işləyirsə, bu müddət minimum həddə, yeni 4 dəqiqəyə düşür.
2019-ci ildə aparılan araşdırmalardan məlum olub ki , evlilik kişilərdə olan zorakılıq hissini 35 % azaldır.

Övladı olmayan ailələrdə boşanma halları övladı olan ailələrdən daha çoxdur.
Ailəli insanların ömrü tək və subay insanların ömründən uzun olur.
Hər 13 saniyədən bir dünyada bir nikah pozulur.
49 yaş ilk nigah üçün kritik yaş sayılır.
Özündən 7-9 yaş kişik xanımla evlənən kişilərin vaxtsız ölüm riski həmyaşıd xanımlarla ailə quran kişilərdən 11 faiz aşağıdır.
2015-ci illərdə aparılan araşdırmalar müəyyən edib ki, çox gülən və gülümsəməyi sevən insanların demək olar ki,heç biri boşanmayıb. Gülümsəməyən insanların əksəriyyətinin isə ailəsi dağılıb.

Statistik göstəricilərə görə, boşanma hallarının 60 faizi evliliyin ilk yeddi ilində baş verir.
Aparılmış tədqiqatlar və sorğular nəticəsində məlum olub ki, 81 faiz ailələr tam müstəqil yaşayırlar və onların ailə işlərinə heç kim qarışmır. Digər ailələrdə isə yaşam tərzi fərqlidir, yəni valideynlərin, qohumların, dostların, rəfiqələrin ailə işlərinə müdaxiləsi var. Müstəqil yaşayan cütlüklər özlərini daha xoşbəxt sayırlar.
Kişilərin öz həyat yoldaşlarına xəyanət etməsi əsasən 25-39 yaşlarında baş verir və çox maraqlı faktdır ki, bir çox hallarda onlar bunu etiraf etməkdən çəkinmirlər.
Bir çox qadınlar öz nikahlarını o zaman xoşbəxt və uğurlu sayırlar ki, ev işlərində bölgü cütlük arasında bərabər bölünür.
Aparılmış sorğular nəticəsində belə bir fakt meydana çıxıb ki, ailədə ilk övlad dünyaya gəldikdən sonra cütlüyün bir-birlərinə qarşı marağı xeyli azalır.
Nikahla əlaqədər maraqlı məlumatlardan biri də təhsillə bağlıdır. Təhsilə meyilli, əhalisinin daha çox hissəsinin təhsil aldığı ölkələrdə insanlar daha gec ailə həyatı qururlar. Təhsildən, oxumaqdan uzaq olanlar isə daha gənc, hətta yeniyetmə yaşlarında evlənirlər.

Bildiyimizə görə, fədakarlıq evlilikdə səadət və huzuru təmin etməkdə böyük rol oynayır. Aparılan araşdırmalardan məlum olub ki, fədakar insanların ailələri daha uzunömürlü və sağlam olur.

Ailə və Uşaq     Baxılıb: 2637   Tarix: 02 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

turlar.az

geyim və ayaqqabılar makiyaj instagram həkim məsləhəti 2026 qadın ayaqqabı modelləri makiyaj sirləri tanışlıq saytları intim gavalının faydaları kosmetika rus dilini öyrənək 2 ci dərs novruz hakista muellim seiri qaynanaya aid tanisliq