Evliliyi gücləndirən əlamətlər – Hər gün tətbiq edin

Evliliyi gücləndirən əlamətlər – Hər gün tətbiq edinHəyat yoldaşınızla birlikdə etdiyiniz adi bir hobbi belə münasibətlərinizin güclənməsinə səbəb olar. "Cütlük ritualı"nı mənalı, güclü münasibətdə olan iki insan arasında planlı, yenilənən paylaşım kimi qiymətləndirmək olar. Rituallar həyat yoldaşınızla paylaşdığınız bağı mütəmadi olaraq yada salır. Sevginizi və aranızdakı bağı simvolizə edir. Bununla yanaşı, rituallar güvənmək duyğusunu gücləndirmək üçün də faydalıdır. Aile.lent.az cütlüklər arasında bağları xarakterizə edən rituallardan bəhs edəcək.

Ritual mərasimləri olduqca sadə və ya mürəkkəb ola bilər, gündəlik və ya da illik proseslərdə təkrarlana bilər. Bu mərasimlər cütlüklərin bir-birinə və əlaqələrinə müsbət formada bağlanmalarını təmin edir.

Münasibət rituallarına bəzi nümunələri bu cür sadalamaq olar:

Görüşərkən və ya ayrılarkən qucaqlaşma, öpüşmə və ya öz aranızda bir hərəkət
Bir-birinizdən gününüzün necə keçdiyi soruşmaq
Gün ərzində bir-birinizi axtarmaq və ya mesaj yazmaq
Bir-birinizə məzəli selfie-lər göndərmək
Bir-birinizə qeydlər yazmaq və tapacağını ümid etdiyiniz yerlərə qoymaq
Birlikdə bir kitab oxumaq
Səhərlər yataqdan durmazdan əvvəl danışmaq və qucaqlaşaraq bir az vaxt keçirmək
Danışmaq və bölüşmək üçün günün müəyyən bir saatını təyin etmək
Bütün gecəni birlikdə keçirmək
İkinizin bir hobbinizin olması
Birlikdə ictimai məsuliyyətlər boynuna götürmək
Köhnə fotoşəkillərə baxmaq
Birlikdə yemək hazırlamaq
Bir-birinizə sevimli "ləqəblər"lə müraciət etmək

Rituallar müxtəlif məqsədlərə xidmət edir:

1. Müəyyən bir davranışa duyğularınızı da qatır
2. Aranızdakı qarşılıqlı münasibəti artırır
3. Qarşılıqlı olaraq romantik bağlılığınızı gücləndirir
4. Arzuladığınız bir ruh halı və ya da duyğu yaratmağa kömək edir
5. Güclü bir birlikdəlik duyğusu yaradır

Ritualların tərəf müqabilinizlə aranızda iş birliyi meydana gətirdiyini unutmayın. Onlar aranızdakı romantik bağın fərqli əks olunmalarıdır və kiçik də olsa xüsusidirlər. Bununla yanaşı, münasibətinizin ümumi keyfiyyəti üzərində böyük təsirə malikdir.

Ritualların olub-olmamasını müəyyən etmək üçün özünüzə və tərəf müqabilinizə dair bir-biriniz üçün nələr etdiyinizi soruşun. Yan-yana olmasanız belə, bir-birinizi düşündüyünüzü müəyyən etmək üçün nələr edirsiniz? Bu sualları cavab verməkdə çətinlik çəkirsinizsə, bəzi rituallar yaratmağa çalışın.

Ritual meydana gətirmək üçün sadəcə onu tətbiq etməyə başlayın. Bu daimi olaraq edildikdə bir ritual halına gələcək. Bu təşəbbüsü qaldıran sizsinizsə, həyat yoldaşınız bu davranışı sizdən davamlı olaraq gözləməyə başlayacaq və ehtimalla qarşılığını verməyə çalışacaq. Unutmayın ki, ritualların uzun, davamlı olması sağlam bir evlilik üçün lazımdır.

Ailə və Uşaq     Baxılıb: 8363   Tarix: 30 avqust 2016
f Paylaş

Oxşar xəbərlər

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

turlar.az

kosmetik vasiteler yaz geyimleri 2026 geyim və ayaqqabılar yay geyimleri həftəlik bürclər üzdə civzələr donlar 2026 kosmetika azerbaycanli is adami amerikada gullelendi aybawi gəncə vetene aid bayati gunay