Eynək gözləri tənbəlləşdirir?

Eynək gözləri tənbəlləşdirir?"Bəzən pasientlərdə, xüsusilə uşaqlarına eynək təyin olunmuş valideynlərdə səhv olaraq eynək görməni pisləşdirəcək, gözü tənbəlləşdirəcək fikirləri yaranır. Digərlərində isə bir müddət eynək istifadəsindən sonra görmə bərpa olunub düzələcək fikri formalaşır".
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva deyib.
Oftalmoloq bildirib ki, gözün refraksiya  növündən asılı olaraq eynəklər yaxına görmənin, uzağa görmənin korreksiyası üçün  yaxud daimi istifadə üçün təyin olunur. Burada yaş faktoru, eynək təyin olunan şəxsin peşəsi, görmə itiliyi (faizlə), eynək təyini prosesində bəbək genişləndirən damladan istifadə olunması, hətta eynək çərçivəsinin məqsədə uyğun seçilməsi, eynəyin burun və qulaqda necə oturması və s. amillər rol oynayır: "Əslində uşaqlarda görmə zəifliyi, refraksiya qüsuru vaxtında aşkarlanıb korreksiya olunmasa, o zaman görmə zəifliyi göz "tənbəlliyinə", yəni ambliopiyaya, bəzən çəpliyə də səbəb olur. Başqa sözlə desək, eynək istifadə etməklə göz tənbəlləşmir, əksinə gözə yüksək görmə təmin etməklə gözə düşən gərginliyi, yükü azaltmış oluruq.
7-10 yaşından sonra təyin olunmuş eynəklərlə isə adətən eynəksiz (özgörməsi) görmə itiliyi artmadığı üçün uşaqlar təyin olunmuş eynəkləri həkim kontrolu ilə böyüyənə qədər (18yaşına qədər) istifadə edirlər. Əlbəttə, bu, refraksiya növündən, görmə itiliyindən asılı olaraq bəzən dəyişə bilir".
A.Əliyeva bildirib ki, yaşla əlaqədar ortaya çıxan yaxına görmənin zəifləməsi (presbiopiya) zamanı təyin olunan eynəklər də individual olaraq seçilməlidir: "Bu zaman pasiyentin öyrəşdiyi yaxına rahat görmə məsafəsi, anadan gəlmə refraksiya nömrəsi nəzərə alınaraq hesablanıb seçilir. Hər 5 ildən bir bu rəqəmlər dəyişilir, artıq eynək yetməzliyi hiss olunur. Belə vəziyyətdə də pasientlər bəzən "eynək istifadə etməklə gözümü zəiflətdim" fikrinə düşürlər.
Eynəklə yüksək görmə əldə etmiş gözlər eynəyi çıxaran kimi əvvəlki, öz görməsinə qayıdır, adətən məhz bu hal pasientlərdə çaşqınlıq yaradıb səhvən görmənin zəifləməsi kimi qəbul olunur. Bu səhv fikir müxtəlif şəxslərdə eynəklərə qarşı "qorxu" yaradır. Düzgün seçilmiş eynəklər başağrısı, diskomfort, eynəyə öyrəşməmək, gözlərdə yorğunluq kimi şikayətlər yaratmamalıdır. Buna görə eynək seçimi üçün professionala, optometristə yaxud oftalmoloqa müraciət etmək lazımdır".
Mütəxəssis vurğulayıb ki, heç bir halda ailə üzvünün eynəyi sizə xoş təsir bağışlasa da, ondan həkim məsləhəti olmadan istifadə etməyin, yeraltı keçid yaxud əldə satılan eynəklərdən istifadə etməyin. Hər kəsin refraksiyası, bəbəklər arası məsafə, işlək məsafəsi, üz quruluşu, peşəsi və s. fərdi, müxtəlif olduğu üçün eynəklər də individual seçilməlidir. Düzgün seçilmiş eynəklərsə həyatınıza yalnız və yalnız komfort qata bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1281   Tarix: 25 iyul 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

makiyaj etmek qaydalari geyim necə seçməli kosmetik vasiteler ariqlamaq ucun yasil cay salatlarin dizayni abqoranin hazirlanmasi balqabağın faydaları kosmetika hakistalar saglam qidalanma novruz hakıştası bayatı efsane