Fahrettin Koca "Sinovac"ın təsirindən danışdı
"Bir il oldu. Koronavirus son yüz ildə bütün dünyanın eyni anda mübarizə apardığı, itki sayı bu qədər yüksək olan ilk pandemiyadır".
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu pandemiyanın bir ili ilə bağlı danışarkən Türkiyənin səhiyyə naziri Fahrettin Koca dilə gətirib.
Nazirin sözlərinə görə, dünyada hazırda istifadədə olan yeddi koronavirus vaksini var:
"Türkiyə böyük bir yarışın olduğu vaksin tədarükündə ən çevik davranan ölkələrdən biridir. Çindəki istehsalçı ilə 50 milyon doz peyvənd müqaviləsi imzaladıq.
130 milyon doz vaksin üçün üç ayrı istehsalçı ilə danışıqlardayıq. Bu gün vaksinasiya sayı 10 milyondan çoxdur. Çox yaxın zamanda beş vaksinimizin insan üzərində sınaqları başlayacaq. "Sinovac" peyvəndinin hər yüz nəfərdən 80-dən çoxunda təsirli olduğu təsdiqini tapıb".
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi