"Fədayə nə cinayət törədib? Sevib də..." Əməkdar artist Fədayə ilə bağlı çağırış etdi

"Fədayə nə cinayət törədib? Sevib də..." Əməkdar artist Fədayə ilə bağlı çağırış etdiMüğənni Fədayə Laçının həbs olunması xəbəri cəmiyyətdə birmənalı qarşılanmayıb. Onun "Qoca" ləqəbli avtoritet Etibar Məmmədovla isti münasibəti ictimai qınağa səbəb olub.

Əməkdar artist Firuzə İbadova isə AzNews.az-a müsahibəsində həmkarını qınayanlarla razılaşmadığını bildirib.

- Sevgi günah hesab edilməyən bir anlayışdır. İnsan insanı sevər. Söhbət qadın-kişi münasibətindən gedir. Fədayəni qınaq obyektinə çevirmək gülüncdür. Axı o, neynəyib? Onu niyə qınamalıdırlar? Onun sevgisini günah kimi təqdim etməmək, açıb-ağartmamaq lazımdır. Yıxılana balta çalan çox olar. Hadisədir də olub...

- Yəqin ki, baş verənləri izləyirsiniz...

- Bəli, mənə pis təsir edir. Fədayə üzdə olan, sözün həqiqi mənasında, sənəti olan gənc xanımlardan biridir. Özü də yaxşı ifaçı, dəyərli səs sahibidir. Onunla bağlı yazılanları oxuduqca çox üzüldüm. Allahdan arzu edək ki, qısa zamanda qapısını açsın. Onu qınayanlar anlamırlar ki, sevgi yaşa baxmır; qəlbinə girdisə, sevirsən, gözünə heç nə, heç kim görünmür, kor, kar, lal olursan.
Bir də ki, qadın ailə qurmalıdır. Bu, onun haqqıdır. Elə qadınlar var ki, əri yoxdursa, özünə çəkilir. Bilir ki, övladı var, onu böyütməlidir. Gözünü də övladının sevgisinə dikir. Açığı, mən belə xanımlardanam. O ki qaldı Fədayənin seçiminə, bu, mənim də cavanlığımda ola bilərdi - kimisə sevə bilərdim. Məncə bəsdir, sevən qadını bu qədər qınamaq olmaz.

- Fədayəni qınayanlara nə tövsiyə edərdiniz?

- Anlamıram, Fədayə nə cinayət törədib? Sevib də... o, cinayətkar deyil, müğənnidir. Heç istəsə də cinayət törədə bilməz. Bir də ki, günahsız bəndə yoxdur axı. Kim desə mənim günahım yoxdur, yalan danışır. Hamı həyatda günah edib. Gəlin bir az humanistlik edək, əl çəkək bu qadının yaxasından. Onsuz da onun dərdi özünə yetər. Bir dərd də biz verməyək. Dövlətimiz və qanunlarımız var. Qoyun hər şey qanunla tənzimlənsin. Kaş ona qanundan kənar bir güzəşt olaydı...qadındır, yazıqdır, cavandır. Hamının səhvi olar. Heç kəs olacaqlardan sığortalanmayıb. İndi onun anasını, ailəsini düşünün, görün nə haldadırlar? Övladı var, özü də oğlan. Azca da onun gələcəyini düşünək. Əvvala istəyərdim ki, heç bu sevgi olmasın. Sevgi insanı uçuruma aparır, xətalara sürükləyir. Fağır adamdır, onun heç kəslə işi olmazdı. Başını aşağı salıb sənəti ilə məşğul olardı. Onu niyə bu yola sürüklədilər? Bəlkə elə bu yolu Fədayə özü seçdi? Hər nə isə, gərək belə hal baş verməyəydi.

- Kriminal olaylarda adı hallanan sənətçilərimizin sayı gündən-günə artır. Bu, onların sənətinə necə təsir edir?

- Sənət aləmində belə halların olması mədəniyyətə heç nə vermir. Sənətkarsansa, sənət çərçivəsində hərəkət etməlisən. Kriminal aləm səhnəlik deyil. Hərdən mənə də sual verirlər ki, siz sevmirsiniz? Cavabında deyirəm ki, mənim sevgim ölüb, torpağın altındadır. Yoldaşım rəhmətə gedib, başımı aşağı salıb uşağımı böyüdürəm. Mən də belə qadınam.

Fədayə bəlkə də mən yaşa çatanda peşman olar, özünə sual verər ki, "mən niyə sevdim?". Bilirsiz, sevən qadın güclü olmalıdır. Həm də sevgi ilə ağıllı rəftar etməlisən. Çünki sevgi bəzən insanı intihara da aparır...

Xəbərlər     Baxılıb: 1510   Tarix: 01 noyabr 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

qadin dunyasi geymler 2026 maskalar azərbaycan haqda qadın alt paltarları idmandan sonra ne yemek lazimdi oxsamalar kosmetika novruz bayrami cinsi əlaqə kökəlmək üçün baldiza aid haxisda mikayıl abdullayev