Fəsəli

Fəsəli(Azərbaycanın milli şirniyyat növlərindən biri)  

Ərzaqlar:

Xəmir üçün:Fəsəli

4 st un

1 st+1/3 st ilıq su

1 ç.q quru maya

1 ç.q duz

Arasına çəkmək üçün:

1250 q kərə yağı

1/2 ç.q ədava qarışığı(küşniş toxumu, hil, darçın və zəncəfil)

Qızartmaq üçün:

Zeytun ya bitki yağı ya da kərə yağı

Yaymaq üçün:

3-4 x.q un

Üstü üçün:

1 x.q şəkər kirşanı

Hazırlanması:

Əvvəlcə xəmiri hazırlayırıq.

Mayanı az ilıq su ilə qarışdırıb 5-10 dəqiqə saxlayırıq köpür.

FəsəliUnu bir qaba ələyib üstünə duzu səpib içinə mayanı və suyu əlavə edib qaşıqla qarışdırırıq.

FəsəliSonra əlimizlə normal xəmir yoğururuq. Xəmirin üstünü örtüb isti yerdə 2-2,5 saat saxlayırıq acıyır.

FəsəliYağı bir qabda əridib ədavaları içinə töküb qarışdırırıq.

FəsəliXəmir acıdıqdan sonra onu uzumsov düzəldib 5 yerə bölüb kündəliyirik.

FəsəliFəsəliKündənin birini götürüb un səpib nazik yuxa yayırıq.

FəsəliFəsəliFəsəliYuxanı sərib üstünə yağdan töküb yağlayırıq.(Yuxanı sərib yanlardan dartıb böyüdün. Birinci yuxanı sərdikdə taxtaya yağ vurub ordan-burdan yapışdırın.)

FəsəliQalan yuxaları da bu qayda ilə yayıb yağlayırıq.

FəsəliYağlanmış yuxaları enli tərəfdən bükürük.

FəsəliBir tərəfindən başlayaraq dairəvi şəkildə yenidən bükürük.

FəsəliSonra əlimizlə qalınlığı 1 sm-dən nazik diametri 32-34 sm olmaqla yayırıq.Yaydığımız xəmiri çəngəl ilə 10-15 yerdən deşdəkləyirik.

FəsəliTavada yağı qızdırıb düzəltdiyimiz xəmiri qoyub hər iki üzünü qızardırıq.

Keçmiş adət ənənələrimizə görə hal hazırda da rayonlarımızda fəsəlini sacda bişirirlər. Sacda fəsəlini bişirdikdə üzünə yağ vuraraq dayanmadan o tərəf bu tərəf çevirib tamam qızaranadək bişirirlər.

FəsəliFəsəliFəsəliÜstünə şəkər kirşanı səpirik. Bəzən də fəsəli bal ilə süfrəyə verilir. Fəsəli isti-isti çox ləzzətli olur.

FəsəliFəsəliNuş olsun!

Mətbəx     Baxılıb: 9336   Tarix: 21 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Cinnabon – Darçınlı bulka resepti

Hamının sevdiyi darçınlı bulkaların adı bütün dünyada məşhur olan Cinnabon şirkəti ilə əlaqəlidir. Cinnabon – "cinnamon" ingilis dilindən darçın, "bone" – latın dilindən yaxşı deməkdir. 1985-ci ildə at

.

Qat-qat xəmir ilə göbələkli, farş ətli piroq

Yumşaq qat-qat xəmirdən müxtəlif cürə yeməklər hazırlaya bilərsiniz. Qeyd edək ki, qat-qat xəmir mağazalarda hazır satılır. İstəsəniz evdə də hazırlaya bilərsiniz. Tezliklə qat-qat xəmirin resepti də saytımızda hazır olacaq

.

Pendirli, göyərtili fəsəlinin resepti - Video resept

Tərkibi:. 600qr un (200qr-lıq stəkanla 4stəkan dolu 5 ci stəkanın 3 ). 400ml ilıq su 2 stəkan. 8 qram yaş maya (quru 1 silə çay qaşığı). İçliyi üçün:. 250qr ağ pendir. hərəsindən 1 dəstə- keşniş,şüyüd, göy soğan və yarı

.

Ləzzətli və Ətirli Almalı Ördək Filesi

Restoranların menyusunda ördək ətindən hazırlanan dadlı və bahalı bir yemək növü. Lakin bu yeməyi restoranda yemək üçün xeyli miqdarda pul ödəməli olacaqsınız. Ördək filesi alma ilə inanılmaz dərəcədə ləzzətli, şirəli v

.

Toyuqlu Qat-Qat Piroq

Əvvəlcə pendirli qarışıqdan 4 nazik biskvit hazırlanır. Sonra bu biskvitlərin arasına toyuqdan və ya hind quşundan hazırlanan farş yayılır, piroq folqa kağızına bükülür və sobaya verilir. Nəticədə ortaya maraqlı bir yemə

.

Badımcan Salatı

Fərqli dadı olan bu salatı hamıya hazırlamağı məsləhət görərdim. Əminəm ki, çox bəyəniləcək. Lazım olan ərzaqlar:. 4-5 ədəd orta boy badımcan. 3 ədəd pomidor. 1-2 ədəd bibər. 250 qr toyuq döş əti. keşniş. şüyüd. bitki yağı

.

Toyuq əriştə şorbası

Hamı bilir ki, hamı sağlam olmaq üçün hər gün ilk yeməkləri yeməlidir. Toyuq şorbaları əla sağlam bir yemək seçimidir. Müxtəlif şorbalar var - düyü ilə, qarabaşaq yarması, əriştə və ya kartof ilə. İndi demək olar ki, hə

.

Balıqdan buğlama resepti

Tərkibi. Nərə balığı və ya ağ balıq - 370 qr. Kartof - 115 qr. Baş soğan - 80 qr. Sarı alça - 60 qr. Duz - 0,4 qr. Döyülmüş qara istiot - 0,3 qr. Hazirlama qaydasi. Balıq təmizlənir, yuyulur və qurulanır. Kartof, soğan təmizlənir

.

Bulqur salatı (Kısır)

Türkiyədə hansı məclisə getsən, hardasa 90 faizində kısır adlı salatı süfrədə görə bilərsiniz. Elə Türkiyədən kənarda yaşayan türklərin süfrələrində də. Mən onu birinci dəfə dadandan sonra o qədər bəyənmişəm ki, Türk məclislərin

turlar.az

qadın geyimi donlar 2026 geymler 2026 həyat stili sudun terkibi dırnaqlara qulluq bürc uyğunluğu kosmetika baliq burcu məsəllər bürclər olumu masqalar