Fiziki və psixoloji şiddətə məruz qalmamaq üçün nə etməli?

Fiziki və psixoloji şiddətə məruz qalmamaq üçün nə etməli?Dünyada hər 10 qadından 8-i psixoloji təzyiqə məruz qalır.

Pandemiya dövründə iqtisadi və ictimai vəziyyətin gərginləşməsi qadınlara daha çox təsir etdi.

dünyada hər üç qadından biri həyat yoldaşı, ya da sevgilisi tərəfindən cinsi və fiziki təzyiqə məruz qalır. Pandemiya dövründə isə qadınlar daha çox məişət zorakılığına və psixoloji şiddətə məruz qalırlar.
Yeni aparılan araşdırmalara görə, dünyada hər 10 qadından 8-i sevgilisi və ya həyat yoldaşı tərəfindən psixoloji şiddətə məruz qalır. Qadına psixoloji şiddət xüsusilə, eşqbazlıq, nişanlı qalmaq kimi evlilikdən əvvəlki dövrdə baş qaldırır.

Beykoz Universiteti, İctimai Elmlər Fakültəsinin müəllimi, kliniki psixoloq prof. Dr. Ebru Şalcıoğlunun qeydinə görə, fiziki şiddət birdən-birə başlamır. "Qadınların fiziki və cinsi şiddətə məruz qalmamağı üçün yaşadıqları psixoloji şiddətə vaxtında əhəmiyyət vermək lazımdır. Aparılan araşdırmalar da göstərir ki, fiziki şiddətə məruz qalan qadınların az qala hamısı psixoloji şiddətə də məruz qalır".

Şalcıoğlunun verdiyi məlumata görə, psixoloji şiddət "mental şiddət", ya da "romantik istismar" kimi də adlandırılır. "Qadına istiqamətlənən psixoloji şiddət onu stressə salacaq davranışlar ilə reallaşır. Bu hal qadının özünə olan etibarını azaldır. Romantik və fiziki ehtiyacların görməməzliyə vurulması ilə qadınlar qorxu yaradan təhdidlərə, azadlığını məhdudlaşdırıcı və alçaldıcı davranışlara məruz qalırlar. Özünə inamı sarsıdan davranışlar, qadını günahlandırma, qadının dəli olmağına inandıran vəziyyətlərlə də tez-tez qarşılaşırıq".

Qadının davamlı olaraq alçaldılması və təhdid edilməsi çətin bir müddətin başlanmasına səbəb olur. Qərb ölkələrində aparılan araşdırmalar göstərir ki, hər 10 qadından 8-i partneri tərəfindən psixoloji şiddətə uğrayır. Psixoloji şiddətlə başlayan davranışlar daha sonra fiziki şiddətlə nəticələnir.

Əslində yüksək ali savadlı və iqtisadi cəhətdən azad olan qadınlar psixoloji şiddətlərə daha çox məruz qalırlar. Qadınların əksəriyyəti yaşadıqları bu vəziyyətin psixoloji şiddət olduğunun fərqində belə olmur. Çünki şiddət fiziki olmadıqca kimsə buna şiddət kimi baxmır. Psixoloji şiddət - fiziki və cinsi şiddətin də ola biləcəyini göstərir. Bu mövzuda qadınlar son dərəcə bilgili olmalıdırlar. Cəmiyyət olaraq qadın və kişini bənzər bərabər haqq və məsuliyyətə sahib fərdlər kimi görməyi bacarmalıyıq. Uşaqlarımıza düzgün təhsil verməklə qadını alçaldan ifadələrin dəyişməsinə nail ola bilərik.

Araşdırmalar da psixoloji şiddəti sübut edir

Professor Şalcıoğlu qadınlara göstərilən şiddətin psixoloji təsirini anlaya bilmək üçün 2017-ci ildə 220 qadın arasında "Qadın Sığınma Evləri Araşdırması" tədqiqatı aparıb. "Araşdırmaya qatılan qadınların 97 faizi fiziki şiddətə məruz qalıb və bunların 91 faizi yaralanma ilə nəticələnib.

Türkiyə daxilində digər bir "Psixoloji Şiddət Araşdırması" aparılıb. Bu araşdırmaya 1012 qadın, 20 kişi qatılıb. Burdan belə çıxır ki, təkcə qadınlar psixoloji şiddətə məruz qalmır. Bu araşdırma nəticəsində yalnız 2 qadın heç bir psixoloji şiddət davranışına məruz qalmadığını bizə bildirdi".

Araşdırma nəticəsində fiziki və cinsi şiddətə uğrayan qadınların daha yüksək miqyasda psixoloji şiddətə məruz qaldıqları məlum olub.

Şiddətə uğrayan qadının psixologiyasındakı olan dəyişikliklər:

- Psixoloji şiddətə uğrayan qadınlar qorxu və narahatlıq içində yaşayır.

- Psixoloji şiddət qadının qayğılarını artırır və daim qayğılı vəziyyətdə olmağına səbəb olur.

- Psixoloji şiddət qadının özünə olan inancının, özünə olan inamının itirilməsinə səbəb olur.

- Psixoloji şiddət qadınların özünü çarəsiz və depressiv hiss etməsinə səbəb olur. Qadın davamlı özünü düzəldərək bir şəkildə şiddətə maneə törətmək səyi göstərir və daim özünü buna hazırlayır.

- Şiddətdən sonra yaranan qorxu qadının itaət etməsinə səbəb olur.

- Şiddətə uğrayan qadınlarda Post-travmatik stress pozuqluğu problemi inkişaf edir.

Posttravmatik stress pozuntusu (PTSP) — bir və ya bir neçə son dərəcə təhlükəli və ya fəlakət xarakterli stress hadisəsi və ya vəziyyəti nəticəsində inkişaf edir. (-Red)

- Kompleks problemlərdən biri olan PTSP-dən sonra yaşadığı hadisələri qadınlar zehinlərindən çıxarda bilmirlər. Gündəlik həyatında travmanı, şiddəti xatırladıcı şeylər ilə qarşılaşdıqlarında çətinliyi təkrar-təkrar yaşayırlar.

-Travmanı xatırladacaq hadisələr qarşısında ürəyin tez-tez vurması, tərləmə, titrəmə, ağrı kimi müxtəlif şikayətlər meydana gəlir.

- PTSP olan şəxslər qorxu, qayğı, utanma kimi duyğuları tez-tez yaşayırlar. Müsbət duyğuları yaşamada çətinlik çəkirlər. Məsələn, yaxşı bir xəbərə sevinə bilməmək, duyğularda məhdudlaşdırılma, özü və dünya ilə bağlı düşüncələrində pozulmalar və s.

- PTSP müşahidə olunan qadınlarda yaranan bəzi davranışlar belədir: Yuxu nizamları pozular, çox tez hirslənərlər, diqqətləri çox tez dağılar, özlərinə zərər verə bilərlər, hər hansısa bir təhlükənin gəlməyini sanki gözləyərlər, ani səs və hərəkətlər nəticəsində diksinərlər.

- Şiddət qadınlarda posttravmatik stress pozuntusunun yaşanma riskini 4 dəfə və depressiya riskini də 2 - 3 dəfə artırır.

Maraqlı     Baxılıb: 2315   Tarix: 11 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

Bu xanımlara yüksək vəzifələr verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. . xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

turlar.az

hamiləlik geymler 2026 geyim necə seçməli qara qaragat hepatitlər pomidorun ziyani əli əmirli kosmetika qardasa aid haxistalar big.az vətən haqqında bayatı burclerin uyumu badambura