Füsunkar Ornella Muti haqda eşitmədikləriniz

1. Gənclik illəri
Aktrisanın əsl adı – Françeska Romana Rivellidir.
Françeska Romada, kifayət qədər yaxşı gəirləri olan ailədə dünyaya gəlib. Atasının ölümündən sonra ailə çox kasıblayır. 13 yaşlı qız ümidsiz addım atır. Rəssamlıq məktəbi və paralel olaraq kişi jurnalı üçün çılpaq şəkillər çəkdirmək qərarına gəlir. Az yaşlı olduğundan örada özünü 18 yaşlı qız kimi qələmə verir. Bu biləndə Françeskanı məktəbdən çıxartmaq istəyirlər. O isə hadisədən pərişan olmuş anasına və məktəb rəhbərliyinə bildirir: "Bəli, mən belə pul qazanıram! Oğurluq etmirəm ki..."
Füsunkar Ornella Muti haqda eşitmədikləriniz2. Ornellanın meydana çıxması

"Ornella Muti" təxəllüsünü aktrisaya rejissor Damiano Damiani verib. Adi həyatda onu heç kim belə çağırmır. 14 yaşı olanda Françeska bacısı Klaudiya ilə "Ən gözəl qadın" filmində baş rolda çəkilmək üçün kastinqə qatılır. Damiani gənc qıza rol təklif edərək ona təxəllüs də verir.
Füsunkar Ornella Muti haqda eşitmədikləriniz3. Dublyor olmayan səhnələr

Ornellanın sözlərinə görə, italiyan filmində böyük ekranda tamamilə çılpaq və dubluyorsuz çıxış edən ilk aktrisa olub. "Düzünü desəm, filmdə soyunma səhnələrini sevmirəm. Amma həmişə özüm, dublyorsuz soyunuram. Çünki aktrisa dublyorunun etdiyini etmir "- Muti müsahibəsində deyir.
Füsunkar Ornella Muti haqda eşitmədikləriniz4. Uğursuz sevgi

Təcrübələr göstərir ki, gözəl qadınların sevgidə bəxti gətirmir. Ornella Muti də istisna deyil. "Ən gözəl qadın" filminin çəkilişlərində Ornella bir italyana aşiq olur və ondan hamilə qalır. Bundan xəbərdar olan gənc həmin dəqiqə aktrisanı tərk edərək, ölkədən gedir. Məlum olur ki, riyakar sevgili evli imiş. Hər kəsin qınağı, tənhalıq və çarəsizlikdən aktrisanı aktyor Alessio Orano xilas edir. O, aktrisanın başqasından hamilə olduğunu bildiyi halda onunla evlənir. Təəssüf ki, aktrisanın Orano ilə ailə həyatı da uğursuzluqla bitir.
Muti "İnadkarın ram edilməsi" filminin çəkilişlərində Adriano Çelentano ilə tanış olur və ona vurulur. Amma Çelentano üçün bu ötəri həvəs olur.
Füsunkar Ornella Muti haqda eşitmədiklərinizOrnellanın ikinci əri Federiko Fakinetti aktrisanın adına külli miqdarda saxta çeklər yazaraq onun pullarından israfçılıqla istifadə edir. Məlum olur ki, eyni zamanda onun məşuqəsi də varmış. Aktrisanın növbəti həyat yoldaşı plastik cərrah Stefano Pikkolo aktrisanı uşaqları və onun arasında seçim etməyə məcbur edir. Aktrisanın indiki seçimi– Fabrisa Kerervanı şəbəkəli marketinq sahəsində dahi və fırıldaqçı adlandırırlar. Söhbət gəzir ki, hətta onunla polis maraqlanmağa başlayıb.
Füsunkar Ornella Muti haqda eşitmədikləriniz5. Ornella Muti bu gün

Hal-hazırda Ornella Muti filmlərdə çəkilməyə davam edir və bizneslə məşğul olur. 2008-ci ildə o, Romada qızıl mağazası açır. Daha sonra Milanda, Parisdə, Riqada, Moskvada və Alma-Atada qızıl mağazaları açmağa başlayır.
Həmçinin aktrisa "Abbatstvo" markalı çaxır istehsalı ilə də məşğuldur.
Ornella sağlam həyat tərzi keçirir, siqaret çəkmir, ciddi şəkildə bədən formasının qayğısına qalır və qocalıq haqqında düşünməməyə çalışır. "Qocalmaq ağırdır. Bunu inkar etmək- ikiüzlülük olar. Ağrını etiraf etmək, onu hiss etmək və bundan keçmək lazımdır. Onu gizlətmək düzgün olmazdı", - müsahibələrinin birində aktrisa etiraf edib.

Füsunkar Ornella Muti haqda eşitmədikləriniz

Xəbərlər     Baxılıb: 4393   Tarix: 17 noyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

kosmetik vasiteler kosmetoloq yay geyimləri 2026 qadın hüquqları bürclər baş gicəllənməsi spiral kokeldirmi kosmetika vidyolar qu quşu lakonizm qogal