Gec qocalmağın qızıl qaydaları

Gec qocalmağın qızıl qaydalarıBu dəfə sizlərə gec qocalmağın qızıl qaydalarını araşdırmışıq.

1. Qızartma,qovurma və konservlərə diqqət
Adıçəkilən məhsullardan çox istifadə protein və şəkəra arasında reaksiyaların gedərək yapışqana bənzər maddələrin yaranamasına yol aça bilər. Nəticədə protein bədəndə normal funksiyasını yerinə yetirə bilməz. Buda dərinin qırışmasına,elastikliyini vaxtından tez itirməsinə, sallanmasına, Alzeynr kimi xəstəliyə kimi apara bilər.
Bu qidalarda istifadə beyin, sümük,əzələ,böyrək,qan azlığı kimi bir çox xəstəliklərin başlanğıcı ola bilər.
Mümkün olduqca qidaları çiy, soyutma və ya buxarda bişirərək istifadə edin.

2. İntim fəallığınızı qoruyun
İntim həyatınızın fəal olması qan dövranının yaxşı işləməsinə,daha xoşbəxt olmağınıza kömək edəcək.
Bəzi araşdırmalara görə, müntəzəm olaraq intim birlikdəlik yaşayanlar yaşamayanlardan 8 il daha uzun ömür sürürlər.

3.Şirniyyat yeməyin
Amerikalılar ildə 68,04 kq şəkərdən istifadə edirlər. Bu piylənmədən tutmuş, 2 tip diabetə qədər bir çox xəstəliyə yol açır. Şəkərdən çox istifadə siqaret və günəş qədər qırışların yaranmasına səbəb olur.
Hər gün maksimum 25 qram şəkər məhdudiyyəti qoyun. Susadığınızda şəkərli içkilər yerinə sadə su için və ya bir tikə qara şokolad,çiyələk,moruq kimi meyvə yeyin.

4. Yağı azaldın
Adətən qadnlar müəyyən yaşdan sonra pəhrizə başlayanda yağları rasiondan çıxarmağa çalışırlar. amma unutmaq olmaz ki, Omega-3 kimi faydalı yağ elastikliyi qoruyur,beyni və ürəyi sağlam saxlayır, diabetlə mübarizə aparır,ömrü uzadır. Yağ əksikliyi dərinin parlaqlığını itirməsinə,sallanmasına yol aça bilər. Bəs nə etməli?
Daha çox zeytunyağı,badam, yağlı balıq kimi faydalı qidalara üstünlük verin. Günəbaxan, qarğıdalı kimi yağlardan uzaq durun. Kərə yağı və yağlı pendirə məhdudiyyət qoyun.

5.Sevmədiyiniz işdə işləməyin
Həzz almadığınız iş sizə ancaq stres və gərginlik yaşadacaq. Nəticə isə vaxtından tez yaşlanmaq və ürək xəstəlikləri deməkdir. Sres hətta beynin gücünüdə azaldır.
İmkan varsa mütləq sevdiyiniz işlə məşğul olun. Əgər stres yaradan işinizi dəyişmək imkanınız yoxdursa, sizi xo şbəxt edəcək şeylərin siyahısı hazırlayın. Məsələn, səyahət,dostlarla görüş,əyləncə və sairə.

6. İdman edin
Qadınlar 30 yaşından sonra hər 10 ildən bir əzələ kütləsinin 5 faizini itirirlər. Bununq arşısını ala biləcək yeganə yol müntəzəm idmandır. İdman yorğunluğu aradan qaldırır,elastikliyi artırır,enerjini yüksəldir, metabolizmanı işlədir,ürək üçün faydalıdır.
Ən azı həftədə 3 dəfə 20 dəqiqənizi idmana ayırın.

7.Günəş kremini unutmayın
Günəş şüaları altında çox qalmağın nəticəsi dəri xərçəngidi. Ən yaxşı halda isə bu dərinin vaxtındna öncə qırışması, dərin izlərin,ləkələrin düşməsi ilə nəticələnəcək.
Gündəlik həyatda günəşdən qoruyan kremlərdən istifadəni unutmayın. Bu kremlər ancaq çimərik üçün deyil. Bundan əlavə günəşdən qoruyan geyimlər, baş örtüklərindən, gün eynəklərindən də istifədədən çəkinməyin.

8.İnsulin müvazinətini artırın
Taxın məhsulları, meyvə və tərəvəz təbii karbonhidrat qaynağıdır. İşlənmiş karbonhidrat qan şəkərini və insulin səviyyəsini sürətlə artıraraq hüceyrələrin sürətlə yaşlanmasına gətirib çıxarır.
Karbonhidrat ehtiyacınızı təbii məhsullarla qarşılamağa çalışın. Ən yüksək antioksidan bənövşəyi (qara üzüm, quş üzümü, qara tut və sairə), yaban mersini, karadut), qırmızı meyvələrdədir (çiyələk,gilas,pomidor,nar,alma).

9.7 saat yatın
fasiləsiz yuxu bədənin təbii ehtiyacıdır. Yuxusuz qalmaq kortizol (böyrəküstü vəzin ifraz etdiyi hormon) çatışmazlığına yol açır. Bu da bədənin həm daxili, həm də xarici görünüşə təsir edir. Araşdırmalara görə, yuxusuzluq qavrama qabiliyyətinin azalmasına, yaşından 4-7 yaş daha yaşlı görünməyə səbəb olur.
Keyfiyyətli yuxu üçün otağın temperaturu,yuxu şəraiti normal olmalıdır. Ot çayı və albalı suyu təbii yuxugətiricilərdir.

10.Duruşunuzu düzəldin
İnsanlar 40 yaşdan sonra hər 10 ildə 1 sm qısalırlar. Yanlış formada oturmaq, ayaqüstə çox dayanmaq,əyilmək sizi yaşlı göstərməklə kifayətlənmir, insana fiziki ziyanda vurur. Oturanda sərt yerdə,dik oturun. çiyinləri geri və aşağı saxlayın. Başınızı çox qaldırmayın və qabağa əyməyin. Beldən yox,dizləriniz bükərək əyilin.

Gözəllik və Moda     Baxılıb: 1960   Tarix: 26 dekabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Makiyajın uzun müddət qalması üçün məsləhətlər

Makiyajın uzun müddət qalması üçün bir neçə əsas məsləhətə riayət etmək faydalıdır. Bu, yalnız görünüşü gözəl saxlamaqla yanaşı, tətbiq olunan məhsulların da dəridə daha uzun müddət təsirli olmasına kömək edir. İlk növbədə

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

Saçdakı ağ tellərə qarşı ev üsulu maska

Saçlarda ağ tellər zamanla hər bir qadında meydana çıxır və onları dərhal gizlətmək istəyi yaranır. Lakin salonda tez-tez rənglənmə, bəli, gümüşü saçları gizlədir, amma saçların sağlamlığını korlayır: tellər quruyur, sını

turlar.az

aksessuarlar geyim necə seçməli qis geyimləri 2026 cadudan qorunma yay paltarlari 2026 pnevmoniya xesteliyi estetik gözəllik kosmetika vətənə aid bayatı nizami gəncəvi qaynana hakista birlik bayatı