Gecələr çox tərləmək bu xəstəliklərin əlaməti ola bilər
Gecələr həddən artıq tərləmək, yüksək temperatur və çəkinin qəfil azalması orqanizmdə xərçəngin inkişafından xəbər verə bilər.
Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbə verir ki, almaniyalı dermatoloq Kristian Bayerl bildirib ki, bu cür əlamətlər daha çox limfoma və leykozda özünü büruzə verir.
Professor deyib ki, hiperhidroz zamanı insan aktiv fiziki yüklənməsə də, xeyli tərləyir. Antidepressant, hərarət salan dərman qəbul etməyən, sərin otaqda yatan, amma buna rəğmən tərləyən insanlara qalxanabənzər vəzini yoxlatmağı tövsiyə edib.
Bunlardan başqa, çox tərləyib susuzluq hiss etmək diabetdən xəbər verə bilər. Həkim həmçinin qeyd edib ki, gecələr qəfil tərləmək axşam vaxtı ədviyyatlı ağır qida qəbul etməklə də bağlı ola bilər.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir