Gənc ailələrin sosial ev problemi

Gənc ailələrin sosial ev problemi"Çoxlu sayda gənc ailələr güzəştli kateqoriyaya düşmədikləri üçün sosial ev ala və güzəştli ipoteka kreditlərinə müraciət edə bilmirlər. CESD-nin tədqiqatları göstərir ki, güzəştli kateqoriyaya daxil olan qrupların siyahısına yenidən baxılıb dəyişdirilməsinə ehtiyac var".

Qadınla.Com xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov bildirir.

Ekspertin sözlərinə görə, güzəştli siyahı müəyyənləşdirilən zaman çatışmazlıqlara yol verilib:

"Məsələn, qaydalara əsasən ən azı 3 il dövlət qulluğunda və o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs sosial mənzilə müraciət edə bilər. Dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs yalnız 5 ildən sonra bu hüququ əldə edir. Bu o deməkdir ki, qüvvədə olan qaydalara görə, məmur 3, müəllim isə 5 ildən sonra güzəştli mənzil və ya ipoteka əldə etmək hüququ qazanır. Maraqlıdır: hansı meyarlar ilə məmurlar üçün 3 il, müəllimlər üçün daha uzun müddət müəyyənləşib? Məgər, cəmiyyət üçün müəllim məmurdan az faydalıdır?"

Ekspert qeyd edir ki, sosial evlər ödəmə qabiliyyəti olan hər bir gənc ailəyə ünvanlanmalıdır:

"Çoxlu sayda gənc ailələr güzəştli kateqoriyaya düşmədikləri üçün sosial ev ala və güzəştli ipoteka kreditlərinə müraciət edə bilmirlər. Bu kontekstdən, sosial mənzil və eləcə də güzəştli ipoteka kreditinə müraciət hüququnun necə müəyyənləşdirilməsi son dövrlər müzakirə edilən məsələlərdəndir. Bu isə evsiz gənc ailələrinin bir qisminin məhz bu güzəştlərdən yararlanmasına imkan vermir.

CESD təklif edir ki, müəllimlər üçün güzəşt hüququ 1 ilə endirilsin və onlara daha qısa zamanda güzəştli mənzil əldə etmək hüququ verilsin.

İkincisi, 15 il məmur işləyən vətəndaşlarımıza gənc ailə olmasa da güzəşt əldə etmək hüququ verilir. Amma müəllimlər üçün belə hüquq yoxdur. Bu o deməkdir ki, əgər müəllim ailəsində ailə başçılarının birinin yaşı 35-dən çoxdursa, o sosial mənzilə və güzşətli ipotekaya müraciət hüququna malik olmur. Buna görə də, 15 ildən çox müəllim işləmiş vətəndaşlarımıza da gənc ailə olmasa da belə hüququn verilməsi sosial ədalət baxımdan çox vacibidr.

Üçüncüsü, daha yaxşı olardı ki, məcburi köçkünlər, şəhid ailələri və milli qəhrəman ailələrin ev problemləri dövlət pulsuz mənzil təminatı çərçivəsində həll olunsun. Bu kateqoriya vətəndaşlarımızın sosial vəziyyətini nəzərə aldıqda onların pulsuz mənzil ilə təminatı davam etdirilməlidir. İndiyədək məcbur köçkünlərə 34 591 mənzil verilib və onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün 7.1 milyard manat vəsait ayrıldığını nəzərə alsaq, dövlət vəsaiti hesabına pulsuz mənzillərin təqdim edilməsinin davamlılığına nail olmaq mümkündür.

Dördüncüsü, güzəştli kateqoriyanın genişləndirilməsinə və ödəmə qabiliyyəti olan hər bir gənc ailəyə belə hüququn verilməsinə ehtiyac var. Gələn il Mənzil İnşaat Dövlət Agentliyi Hövsanda 3 min mənzili satışa çıxarmaq niyyətindədir. Gəncə, Sumqayıt və digər bölgələrimizdə də sosial binalar inşa edilməkdədir və ya ediləcək. Belə olan halda müraciət hüququ verən siyahıya baxıb, onun genişləndirilməsinə ehtiyac var. Xüsusən də regionlarda müraciət hüququ daha çox vətəndaşlarımıza şamil olunmalıdır".

V.Bayramov bu təkliflər diqqətə alınarsa, qeydiyyatsız ev probleminin də öz həllini tapacağını vurğulayır:

"Digər tərəfdən, bu gün qeydiyyatsız evlərdə yaşayanlar həyət evlərini inşa etmək üçün evin ölçüsündən asılı olaraq 40-80 min manat pul xərcləyirlər. Amma hələ də evləri qeydiyyata alınmayıb və mülkiyyət hüquqları tanınmır. Əgər 40-50 min manatlıq 3 otaqlı ekonom evlər təklif olunardısa onlar qeydiyyatsız evlər inşa edərdilərmi? Əksəriyyəti bu halda qeydiyyatlı və təmirli mənzillərə üstünlük verərdi. Bu baxımdan, sosial evlər məhz həmin ailələrin də mənzil probleminin aradan qaldırılmasına ünvanlanmalıdır".

Ailə və Uşaq     Baxılıb: 2602   Tarix: 27 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

turlar.az

adlarin menasi kosmetik vasiteler makiyaj instagram yuxusuzluq körpə gəzintidə aksesuar sağlamlıq haqqında kosmetika uşaq şeirləri qaynanaya aid veten haqqinda atalar sozleri salam vətən haqqında bayatılar