Gənclərin sevimli içkisi bu xəstəlikləri yaradır
Gənclər arasında enerji içkilərinin istifadəsi sürətlə yayılır və bu da sağlamlıq üçün ciddi təhlükəyə çevrilir.
Mütəxəssislər xəbərdarlıq edir ki, bu içkilər xüsusilə ürək-damar sistemi, böyrəklər və psixi sağlamlıq üçün zərərlidir.
Araşdırmalara görə İngiltərədəki yeniyetmələrin 31 faizi mütəmadi olaraq enerji içkilərindən istifadə edir. Yüksək kafein və şəkər tərkibli bu içkilər diqqəti artırsa da, bədəndə yüksək təzyiq, yuxusuzluq, mədə pozğunluqları və güclü baş ağrılarına səbəb olur. Dietoloq Annabel Gipp bildirir ki, artıq hiperaktivlik və buna bağlı yaralanmalar da artmaqdadır.
Mütəxəssislər xəbərdarlıq edir ki, bu içkilər təkcə qısamüddətli deyil, uzunmüddətli fəsadlar da yaradır. Gipp deyib ki, kafein bağırsaqlarda kalsiumun sovrulmasına mane olur və bu da gənclərdə sümük zəifliyinə gətirib çıxarır.
2023-cü ildə dərc edilən geniş bir araşdırma nəticəsində məlum olub ki, 18 yaşdan aşağı şəxslər arasında enerji içkilərinə bağlı sağlamlıq problemlərinin yarısı ürəklə, üçdə biri psixi pozuntularla və 22 faizi böyrəklə bağlıdır. Bəzi hallarda sadəcə 80 mq kafein belə ürək ritminin pozulması və böyrək çatışmazlığı kimi ağır nəticələrə yol aça bilir.
Psixi sağlamlıq sahəsində də mənzərə ürəkaçan deyil. 1,2 milyon gəncin qatıldığı bir tədqiqatda enerji içkisi ilə stress, narahatlıq, depressiya və intihar düşüncəsi arasında ciddi əlaqə tapılıb. Tədqiqatçılardan biri, Dr. Shelina Visram bildirib ki, bu içkilər psixoloji gərginliyi artırır və artıq bu məsələ ictimai sağlamlıq baxımından təcili addım tələb edir.
Professor Amelia Lake isə bu içkilərin 10 yaşlı uşaqlara belə, su qiymətinə satılmasının qəbuledilməz olduğunu deyib.
Mütəxəssislər enerji içkilərinə alternativ olaraq bitki çayları, təbii meyvə şirələri, hindqozu suyu və adi su tövsiyə edir. Bundan başqa, tünd şokolad, yaşıl çay və goji giləsi də təbii enerji artırıcılar kimi tövsiyə olunur.
İsmayıl
Milli.Az









Hakışta
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Güllünü öldürən doğma qızına bu cəza verildi
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
Necla Uyqur vəfat etdi
Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Rihanna övladları ilə - Fotolar
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu