Gəncliyin və sağlamlığın təbii eliksiri olan məhsullar - Rusiyalı həkimdən tövsiyələr

Gəncliyin və sağlamlığın təbii eliksiri olan məhsullar - Rusiyalı həkimdən tövsiyələrResveratrol - bitki mənşəli güclü antioksidantdır və insan sağlamlığı üçün bir sıra faydalı xüsusiyyətlərə malikdir. Bu heyrətamiz komponent tut, zoğal, mərcangilə, qarağat, araxis, kakao paxlası, eləcə də qırmızı və ağ şərabın tərkibində olur.
Milli.Az xəbər verir ki, bu barədə rusiyalı diyetoloq və qastroenteroloq Nuriya Dianova Gazeta.ru-ya müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, resveratrol orqanizmdə oksidləşdirici streslə mübarizə aparır və vaxtından əvvəl qocalma ilə yanaşı, bir çox xəstəliklərin yaranmasına səbəb olan sərbəst radikalları neytrallaşdırmağa kömək edir.
"Resveratrol iltihab göstəricilərinin səviyyəsini azalda bilər ki, bu da xüsusilə 2-ci tip şəkərli diabet və ürək-damar xəstəliklərinin qarşısının alınması və müalicəsi üçün mühüm əhəmiyyət daşıyır", - deyə o bildirib.
Resveratrolun ürək və damar sağlamlığına da müsbət təsir göstərdiyi qeyd olunur. Qan damarlarını genişləndirir, qan dövranını yaxşılaşdırır və bununla da ateroskleroz, infarkt və insult riskini azalda bilər.
Bəzi elmi araşdırmalar resveratrolun şişin böyüməsini yavaşlatmaq və xərçəng hüceyrələrində apoptozu - yəni proqramlaşdırılmış hüceyrə ölümünü stimullaşdırmaqla, xərçəng əleyhinə təsir göstərə biləcəyini göstərir.
Resveratrolun digər bir faydalı xüsusiyyəti onun metabolik sağlamlığı yaxşılaşdırmaq və həyat müddətini uzatmaq qabiliyyətidir.
Nuriya Dianova əlavə edib ki, bu maddə bağırsaqlarda sürətlə sorulsa da, qida əlavəsi formasında istifadə edildikdə orqanizm tərəfindən cəmi 12% mənimsənilir. Buna görə də resveratrolu birbaşa təbii qidaların tərkibində qəbul etmək daha effektiv hesab olunur./oxu.az
Milli.Az

Xəbərlər     Baxılıb: 1688   Tarix: 16 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

yemek reseptleri qadın geyimi geyim dəbləri soz ehtiyati artirmaq monika belluççi qonaq otaqi dizayni ləkələr kosmetika yumurta həsən bəy zərdabi veten seirleri burcler nagillar