Genişlənmiş məsamələri daraldan effektli maskalar

Genişlənmiş məsamələri daraldan effektli maskalarDəri məsamələrinin böyüməsi bu gün bir çox xanımları narahat edən əsas gözəllik problemidir.
Xanim.az xəbər verir ki, dəri məsamələrinin böyüməsi bir neçə amildən asılıdır. Bu, keyfiyyətsiz kosmetika, stress, qeyri-düzgün qidalanma, genetik, yaxud da yaşla əlaqədar yaranır. Qeyd edək ki, dəri məsamələri əsasən 35 yaşdan sonra böyüməyə başlayır.
Lakin ciddi narahatçılığa əsas yoxdur, bu problemlə mübarizə aparmaq olar. Sadəcə olaraq, dəri məsamələrinin kiçilməsi üçün səbir və vaxt tələb olunur. Biz bu yazıda oxucuları sınanmış üsullarla tanış edəcəyik. Maskaları çəkməzdən əvvəl dərinizin ona qarşı allergiyası olmadığına əmin olun.
Çobanyastığı toniki
1 çay qaşığı qurudulmuş gülümbahar və çobanyastığı çiçəklərini 30-40 dəqiqə 1 stəkan qaynar suda saxlayın. Daha sonra suyunu süzüb pambıq salfetlə isladıb kompresi kimi təmiz üzünüzə qoyun. Bir neçə dəqiqə sakit uzanın. Bu otlar məsamələri bağlamaq xüsusiyyətinə malikdir, üstəlik dərini canlandırır və möhkəmləndirir.
1 çay qaşığı gülümbahar və çobanyastığı dəmləməsinə yumurta ağı və bir neçə damcı limon şirəsi əlavə edin. Maskanı təmiz dəriyə çəkib 15-20 dəqiqə saxlayın.
Buz maskası
Bitki dəmləmələrini buz qəliblərinə töküb dondurun. Səhər yuxudan duranda və gecə yatmazdan əvvəl üzünüzü buz qəlibləri ilə silin.
Gil və limon şirəsi maskası
Bu maska yağlı dəri tipləri üçün nəzərdə tutulub. 1 xörək qaşığı gilə 1 çay qaşığı limon suyu əlavə edib qarışdırın. Maskanı qalın qatla üzünüzə çəkib tam quruyana qədər gözləyin. Sonra sərin su ilə yuyun. Maska dərini çox yaxşı təmizləyir və genişlənmiş məsamələri daraldır.
Jelatin maskası
1 xörək qaşığı jelatini 2 xörək qaşığı südlə qarışdırıb odda 5 dəqiqə saxlayın. Daha sonra maskanı 20 saniyə mikrodalğalı sobaya qoyun.
Maska soyuduqdan sonra onu bir neçə qat dəriyə çəkin (göz ətrafı dəri və qaşları çıxmaq şərtilə). Son təbəqəni çəkəndən sonra daha 15 dəqiqə gözləyin. Sonra maskanı çıxarıb üzünüzü ilıq su ilə yaxalayın.
Qatıq maskası
Üzünüzə hər gün qatıq çəkib 20 dəqiqə saxlayın. Qatıq üzü ağardıb dərini təzələyəcək. Artıq bir həftədən sonra maskanın ilkin nəticələri bəlli olacaq.
Ballı skrab
Bal genişlənmiş dəri probleminin həllində əvəzolunmaz məhsuldur. 2 çay qaşığı bala bir neçə damcı limon şirəsi əlavə edin. Əldə edilən cövhəri dəriyə çəkib 10 dəqiqə saxlayın. Bal maskasını mütəmadi olaraq tətbiq etdikdə nəticə də əla olacaq.
Yulaf maskası
Yulaf maskası dərini hamar etməyə yardım edəcək. İki xörək qaşığı yulaf unu ilə yumurta ağını qarışdırın. Üzdə 20 dəqiqə saxlayıb sonra isti su ilə yuyun. Bundan sonra dərini bitki dəmləməsi ilə silin.
Sonda yadda saxlayın ki, dərinin hamar və qüsursuz olması üçün bu maskaları mütəmadi olaraq tətbiq etmək lazımdır. Bu təsirli üsullar dərini xeyli yaxşılaşdıracaq.
Publika.az

Sağlamlıq     Baxılıb: 3001   Tarix: 27 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

turlar.az

yay kolleksiyasi kosmetika mehsullari qadın geyimi cavanlasdirici maskalar ana və körpə nagillar gozalti qaralar ucun maskalar kosmetika statuslar vətənə aid bayatı mekteb kondom nedir ariqlamaq