Göz makiyajı zamanı etdiyiniz səhvlərdən xəbərdar olun

Makiyajı çox sevirsiniz. Amma makiyajdan aşırı və səliqəsiz istifadə görünüşünüzün korlanmasına səbəb ola bilər.

Makiyaj zamanı etdiyiniz səhvlər bunlardır

1.Konturu göz ətrafınıza bütünlüklə çəkmək
Göz makiyajı zamanı etdiyiniz səhvlərdən xəbərdar olunƏgər hər hansı bir rok konsertə, ya da emolar üçün nəzərdə tutulmuş yığıncaqlara getmirsinizsə günlük həyatınızda kontordan belə istifadə etmək yanlışdır. Makiyaj ustaları kontordan belə ifrat dərəcədə istifadə edənləri panda, ya da yenotlara bənzədirlər.

2.Yağlı layner ilə nazik sürmə çəkməyə çalışmaq
Göz makiyajı zamanı etdiyiniz səhvlərdən xəbərdar olunGözünüzün alt və üst qapağına yağlı layner ilə nazik sürmə çəkməyə çalışmayın. Əgər makiyaj üzrə peşəkar deyilsinizsə bunu bacara bilməyəcəksiniz. Gözünüzün həm alt, həm də üst qapağına layner çəkməkdənsə yalnız birinə çəkməyi məsləhət görürük. Günlük həyatda yalnız üst göz qapağınıza normal layner çəksəniz daha qəşəng görünə bilərsiniz.

3.Quru karandaş almaq
Göz makiyajı zamanı etdiyiniz səhvlərdən xəbərdar olunMakiyaj zamanı yanlış seçimlərdən biri də yanlış kosmetik vasitələr almaqdır. Quru göz karandaşı almayın. Bu zaman makiyajda istədiyiniz effekti ala bilməyəcəksiniz. Quru göz karandaşını yağlı etmək üçün variantlar da var təbii ki. Məsələn, quru karandaşı şamın və ya alışqanın üzərində 1 neçə saniyə tutsanız o yağlı olmağa başlayacaq.

4.Əyri layner çəkmək
Göz makiyajı zamanı etdiyiniz səhvlərdən xəbərdar olunGözünüzün üstünə layner çəkirsinizsə onu eyni qalınlıqda çəkməyi düzgün hesab edirsiniz. Bu, yanlışdır. Layneri elə çəkməlisiniz ki, göz qapağınızın orta hissəsinə gəldikdə qalınlaşsın.

5.Laynerin rəngini düzgün seçməmək
Göz makiyajı zamanı etdiyiniz səhvlərdən xəbərdar olunİmtina edilməz qara layner ən məşhur makiyaj vasitələrindən biridir. Amma bəzən qara laynerdən həm gözün üstü, həm də altına çəkirlər. Bu, düzgün deyil. Qara laynerdən imtina edə bilmirsinizsə ondan yalnız üst göz qapağınız üçün istifadə edin. Gözün altına isə qara deyil, qəhvəyi karandaşdan istifadə etməyiniz məsləhətdir. Qəhvəyi karandaşı gözünüzün altına kirpik boyunca yüngül çəkə, ağ və ya ət rənglərlə nizamlaya bilərsiniz.

Gözəllik və Moda     Baxılıb: 3911   Tarix: 06 yanvar 2016
f Paylaş

Oxşar xəbərlər

.

2025-in yaz aylarında makiyaj trendi

Bahar – dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır. Lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınız

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

Təbii gözəllik və onun qadın həyatına təsiri

Müasir dövrün inkişafı ilə birlikdə gözəllik anlayışları da sürətlə dəyişir. Texnologiyanın və media vasitələrinin təsiri altında, gözəllik standartları da daha çox süni tələblərə əsaslanmağa başlayıb. Lakin, son zamanla

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal

Baxımlı görünmək hər zaman bahalı geyimlər, çoxsaylı kosmetik vasitələr və ya hər gün gözəllik salonuna getmək demək deyil. Bəzən qadının ümumi görünüşünü dəyişən çox kiçik detallar olur. Təmiz və səliqəli saç, baxımlı əllər

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

turlar.az

geyim dəbləri makiyaj instagram yay kolleksiyasi sidik yolu infeksiyalari aciq zedelenmeler yaralar yagli saclar ucun meslehetler arıqlamaq kosmetika oglaq xərçəng bürcü zehmet ve zinet bahar olumu