Göz təzyiqi görmə qabiliyyətini aşağı salır

Göz təzyiqi görmə qabiliyyətini aşağı salırGözün içərisindəki maye gözün normal fəaliyyəti üçün lazımdır.

Maye daim gözdə hasil olunur və daha sonra oradan axıb gedir. Mayenin gözdən axması prosesi pozulduqda, maye gözdə artıq miqdarda yığılmağa başlayır. Nəticədə maye gözün divarına daha güclü təzyiq etməyə başlayır ki, bu müxtəlif göz xəstəliklərinin və pozulmaların inkişafına yol açır.

Göz təzyiqi sağlam gözlərdə də var. Lakin bu zaman bu göz təzyiqi patoloji deyil, fiziolojidir. Göz təzyiqinin normal olması gözün sağlamlığı üçün olduqca vacibdir.

Göz təzyiqinin artması baş ağrısı (adətən gicgah nahiyyələrində), göz ağrısı (xüsusilə gözlərin hərəkəti zamanı), gözlərin yorğunluğu kimi simptomlarla özünü büruzə verir. Gözlərdə diskomfort xüsusilə kompüterdə işlədikdə və xırda şriftlə yazılan mətn oxuduqda hiss olunur.

Ən ağır hallarda gözlərin qızarması, görmənin pozulması kimi simptomlar meydana çıxır.

Göz təzyiqin kəskin və yüksək artması zamanı insanda başgicəllənməsi, ürəkbulanması və qusma kimi simptomlar inkişaf edə bilər.

Lakin bəzi hallarda yüksək göz təzyiqi özünü heç bir əlamətlə büruzə vermir. Məhz bu səbəbdən həkimlər 40 yaşından yuxarı olan insanlara profilaktik müayinələrdən keçməyi tövsiyə edirlər.

Göz təzyiqinin artması torlu qişanın hüceyrələrin məhv olmasına, gözdə metabolik proseslərin pozulmasına səbəb olur ki, bunun nəticəsində görmə orqanlarda geriyədönməz dəyişikliklər baş verir.

Göz təzyiqin müvəqqəti artmasına təkan verən amillər:

— hipertoniya,

— ürək çatışmazlığı,

— bəzi göz xəstəlikləri,

— gözlərin həddən artıq yüklənməsi (məsələn, kompüterdə uzun müddət ərzində işləyən insanlarda),

— müxtəlif göz iltihabları,

— endokrik sistemi pozulmaları və xəstəlikləri (toksiki zob, hipotireoz),

— göz şişləri,

— travmalar.

Göz təzyiqinin daimi artmasının əsas səbəbi çox təhlükəli göz xəstəliyi olan qlaukoma xəstəliyidir.

Göz təzyiqinin artmasının digər fəsadı görmə sinirinin atrofiyasıdır. Bu zaman görmə kəskin pisləşir, korluq inkişaf edə bilər.

Göz təzyiqinin artmasının ilk simptomlarında mütləq oftalmoloqa müraciət edin.

Göz təzyiqi xüsusi göz tonometrlə ölçülür. Bu çox sadə prosedurdur. Bundan əlavə oftalmoloq xəstənin gözlərini müayinə edir.

Göz təzyiqinin artmasının müalicəsi bu pozulmanın səbəbindən asılıdır. Adətən həkimlər xüsusi göz damcıları təyin edirlər.

Konservativ (dərmanlarla) terapiya kömək etmədikdə, cərrahi üsullardan istifadə oluna bilər. Hal hazırda daha tez-tez hallarda bunun üçün lazer istifadə olunur.

Bəzən insanda göz təzyiqinin enməsi təyin olunur. Bu da gözdə gedən patoloji prosesin (iltihab, travmadan sonra vəziyyət və s.) simptomu ola bilər. Göz təzyiqinin enməsi insanın görmə funksiyasına mənfi təsir edir — göz almasının atrofiyasına, görmənin ciddi pozulmasına səbəb olur. Uzun müddət ərzində mövcud olan göz təzyiqinin enməsi zamanı gözün ölçüləri kiçilir. /saglamolun.az/

Sağlamlıq     Baxılıb: 2749   Tarix: 10 oktyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

turlar.az

geyim necə seçməli aksessuarlar qadın geyimi əqrəb bürcü viktoriya sekret məlhəmlər toy dəbi kosmetika veten haqqinda atalar sozleri vətən atalar sözləri ağır itki turpun nağlı