Gözəl dırnaqlara sahib olmaq üçün effektli məsləhətlər
Gözəl dırnaqlara sahib olmaq üçün effektli məsləhətlər
Mən özümün istifadə etdiyim bir neçə üsulu paylaşmaq istəyirəm. Deməli, axşam yatmazdan qabaq yodu dırnaqlarıma çəkib, hər tərəfinə yayıram. Bu yolla yod dırnağa yaxşı hopur. Bu üsulu maksimum həftədə iki dəfə, minimum isə 1 dəfə edirəm.
Yay aylarında əllərin gözəlliyi daha tez gözə çarpır. Əllərin gözəl görünüşündə əsas rol oynayan faktor isə gözəl dırnaqlardır. Dırnaqların qırılmasının aradan qaldırılması və tez uzanması üçün ən asan yol – dırnağa yod çəkməkdir. Yod məhlulu dırnaqların həm tez uzanmasına, həm də sağlam yolla qorunmasına kömək edir.
Arada isə fasilə edib, başqa bir qulluq vasitəsinə müraciət edirəm. Üsul belədir: Bir qab ilıq suya bir yemək qaşığı duz, bir çay qaşığı limon suyu ilə sirkə və bir çay qaşığı zeytun yağı töküb qarışdırıram və əllərimi, daha doğrusu dırnaqlarımı bu vannaya salıb 30 dəqiqə saxlayıram. Bu vasitəni də tez-tez edəndə dırnaqlar möhkəmlənir və qırılmır.
Digər sadə üsullardan biri isə dırnaqları badam və limon yağı ilə tez-tez silməkdir. Qeyd edim ki, bu yağları ayaq dırnaqlarına da çəkmək olar.
Mən özüm dırnaq baxımına çox fikir verdiyimə görə bu üsullardan mütəmadi istifadə edirəm, ona görə də dırnaqlarım uzun, möhkəm və sağlamdır. Məncə, gözəl və baxımlı dırnaqlar əhval-ruhiyyəni də yaxşılaşdırır.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq