Gözəl əllərə sahib olmaq üçün faydalı məsləhətlər
Baxımlı olmanın ilk yolu sağlam olmaqdan keçir. Dəriniz bir bitki kimi müntəzəm baxım istəyir.
Xarici görkəminə önəm verən qadınların belə çox vaxt unutduğu əl baxımı sadəcə gözəl görünmək üçün deyil, dəri sağlamlığı üçün də olduqca önəmlidir.
Gündə 2 litrdən çox su içmək bədən sağlığı üçün vacib olduğu qədər dəriniz üçün də faydalıdır. Yetərincə su verilməmiş bitkilər kimi susuz qalan dəri də qurumağa başlayar. Xüsusən əllərdən başlayan bu quruluq üçün bol su içməlisiz.
Ev təmizliyi əllərin daha çox korlanmasına səbəb olur. Bu işləri görərkən mümkün olduğu qədər əlcəklərdən istifadə edin. Əllərinizi səhər və axşam iki dəfə nəmləndirsəniz fərqi görəcəksiz.
Əlləri yuyarkən suyun çox isti, ya çox soyuq olmamasına və sabunun əllərinizi qurutmamasına diqqət etməlisiz.
Gün ərzində əl baxmı üçün vaxt ayıra bilmirsizsə, gecələr bu səhvinizi bərpa edin. Əllərinizə dəri tipinə uyğun bir pilinq tətbiq edərək soyuq suyla durulayın və yumşaq dəsmalla yaxşıca qurulayın. Sonra dəri tipinə uyğun nəmləndirici kremi əllərə masaj edərək çəkin. 5-7 dəqiqə masajdan sonra əllərinizə pambıq əlcək taxıb yatın.
Əl üçün maskalar:
1. 1 ədəd yumurta sarısı, limon suyu, zeytun yağını mayonez halına gələnə kimi qarışdırın. Əllərinizə nazik təbəqə şəklində çəkib 15 dəqiqə gözləyin, sonra su ilə durulayın. Dərini nəmləndirir.
2. 1-2 ədəd kartofu qaynadıb əzin və südlə qarışdırın. İsti halda əllərinizə çəkib soyuduqdan sonra təmizləyin. Ardından əl kremi çəkin.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq