Gözəllik, yoxsa əsarət?

Gözəllik, yoxsa əsarət?Gözəllik qadın üçün önəmli nüansdır. Ancaq zaman-zaman gözəllik xatirinə edilən yanlış addımlar insanı peşman olmağa vadar edir. Müxtəlif tatuajlar, gellər, botoks, uğursuz əməliyyatlar bunlara misal göstərilə bilər. İlk əvvəl gözəl görünsə də, bir müddət sonra insanı yoran, ən pis halda fəsad verən bu üsullara əl atanlar da az deyil.
Müxtəlif görünüş dəyişdirici, estetik müdaxilələrə açıq olan Avropa ölkələri belə son illər olduqca çox baş verən fəsadlardan çəkinməyə başlayır. Hətta makiyajdan belə imtina edib sadə gözəlliyə üstünlük verən avropalıların imtina etdikləri isə Azərbaycana ayaq açar-açmaz xanımlarımızın marağını çəkir. Bir müddət olduqca çox yayılan şişirdilmiş dodaq dalğası daha sonra yerini tatuaj qaşlara, müxtəlif botokslara verməyə başladı. Hazırda isə dəbdə yuyulsa belə getməyən makiyajlardır. O makiyajlar ki, xanımların üzünə 1 illik, hətta daha çox müddətə tətbiq olunur və tibbi müdaxilə olmadan heç bir vasitə ilə bu makiyajları silmək olmur. permanent makiyaj adı ilə məşhurlaşan makiyajın ən qorxunc tərəfi isə bunu hətta ən adi salonların belə tətbiq etməsidir.
Estetik gözəllik uzmanı, Türkiyədə ixtisaslaşan Mərvə Uğurun sözlərinə görə, permanent makiyaj yalnız ehtiyac olduğu an edilməli, qüsurların örtülməsi üçün istifadə olunmalıdır. Üzdə olan əyər-əskikləri yox etmək üçün tətbiq olunan makiyaj ifrat dərəcədə çirkin görünmür və bu cür müdaxilə əksinə qadını gözəl göstərir: "Bu proses əsasən qaşların və dodaqların rəngini və formasını yaxşılaşdırmaq, göz qapaqlarının formasını korrektə etmək və gözlərin mənalılığını artırmaq üçün istifadə olunur. Əgər permanent makiyaj yaxşı kosmetoloji klinikada, yaxşı mütəxəssis tərəfindən yerinə yetirilərsə, bu halda o, təbii görünəcək, xarici görünüşü xeyli yaxşılaşdıracaq və qüsurları gizlədəcək. Onu da bilmək lazımdır ki, tatuajda istifadə edilən boyalar allergik reaksiya verə bilər. Buna görə allergiyaya meylli xanımlar bu proseduradan çəkinməlidir. Edilən permanent makiyajdan öncə bir sıra testlər tətbiq olunmalıdır ki, arxayın olasan. Əks halda edilən makiyaj mənfi təsir verə, hətta insanı şoka belə sala bilər".
M.Uğur qadınlar arasında enli dodaq makiyajın daha çox istənildiyini deyir. Bu cür makiyajın çox insana yaraşmadığını qeyd edən müsahibimiz qeyd edir ki, makiyaj 1 aylıq edilərsə, daha effektiv və daha münasib olar. Əks halda yaşam müddətində eyni makiyajla gəzmək qadınları bezdirər: "Gündəlik yaşamda elə məkanlar var ki, ora makiyajla getmək heç də düzgün sayılmır. Bu baxımdan risk edib 1 illik permanent makiyaj edilməməlidir. Eyni zamanda, xanımlar bilməlidirlər ki, keyfiyyətli boyalarla edilən makiyajın qiyməti ucuz ola bilməz. Əgər ucuzdursa, bu, artıq materialın keyfiyyətsizliyindən xəbər verir və bir müddət sonra izlər silinməyə və ala-bula görünməyə başlayır".
Dində permanent makiyaj heç də xoş əməl kimi qəbul edilmir. İnsanın bədəninə müdaxiləsi, dəyişdirməsi, verilən gözəlliyi qəbul etməyib yeniləmək arzusu şeytan əməli kimi qəbul edilir. Hacı Kamilin sözlərinə görə, qalıcı bəzək (vəşm) bədəndə qalıcı iz qoyur. Beləliklə, bəzəyin özü də bədənin bir hissəsinə çevrilir: "Bəzək məsələsində bu məqama xüsusilə fikir vermək lazımdır. Üz və bədən nahiyəsinə bəzək vurdurmaq və vurmaq peyğəmbərimiz tərəfindən lənətlənmiş bir şeydir. Başqa sözlə desək, qalıcı boyalarla bəzək vurmaq və vurdurmaq dini cəhətdən düzgün deyil, qadağandır".
İstənilən halda qadınlar nəzərə almalıdırlar ki, permanent makiyaj olduqca ağrılı bir prosedir və yerli keyidilmə olmadan bu cür makiyajın edilməsi mümkün deyil. permanent makiyaj olduqca diqqət və əl qabiliyyəti tələb etdiyindən qadınların iş zamanı ağrıdan tərpənməsi nəticənin uğursuz olmasına səbəb ola bilir. Məhz bu səbəbdən keyidilmə mütləqdir. /gencaile.az

Gözəllik və Moda     Baxılıb: 3440   Tarix: 31 mart 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Gözəlliyin təkrarı: Copy-Paste estetikası

Gözəllik insan tarixinin əvəzedilməz hissəsi olub və fərqli coğrafiyalarda və mədəniyyətlərdə fərqli təfsir və gözləntilərlə qarşılanıb. Hər millət öz estetik meyarlarına malikdir və bəzən bunlar o qədər fərqlidir ki, bi

.

Modada gözəllik anlayışları və dəyişən trendlər

Zaman keçdikcə gözəllik və moda anlayışları cəmiyyətin dəyərləri, texnologiya, həyat tərzi və sosial baxışlarla paralel şəkildə dəyişir. 2025-ci ilin avqust ayı etibarilə moda və gözəllik sahəsində müşahidə edilən trendlə

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

2025-in yaz aylarında makiyaj trendi

Bahar – dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır. Lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınız

.

Makiyajsız gözəllik üçün 10 hiylə

Makiyaj, özünə inamı artıran bir vasitə olsa da, təbii gözəllik insanın özündəki sağlamlıq və düzgün həyat tərzinin nəticəsidir. Makiyasız gözəlliyinizi önə çıxarmaq üçün aşağıdakı tövsiyələrə əməl edin:.  . Yaxşı yuxu

.

Yaş artdıqca makiyaj seçimində nələr dəyişməlidir?

Qadınlar üçün makiyaj yalnız gözəlliyi vurğulamaq deyil, həm də özünüifadə vasitəsidir. İllər keçdikcə üz cizgiləri, dərinin quruluşu və rəngi dəyişə bilər. Bu dəyişikliklər makiyaj seçimində də müəyyən yeniliklərə ehtiya

.

Gözəllik və moda: Qış mövsümünə uyğun gözəllik məsləhətləri

Qış mövsümü, soyuq hava və quru iqlim şəraiti ilə yanaşı, bədənin və dərinin xüsusi baxıma ehtiyacı olduğu bir dövrdür. Bu mövsümdə qadınlar üçün gözəllik rutinini doğru qurmaq, həm fiziki baxım, həm də sağlamlıq baxımında

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

Makiyajda sizi 10 il qocalda biləcək SƏHVLƏR

Vizajist hər hansı bir üzü qocalda biləcək üç tipik makiyaj səhvini açıqlayıb. Makiyajda hansı səhvlərdən yaınmaq lazımdır. " saytının xarici mediaya istinadla xəbərinə görə, 4 milyondan çox "YouTube" izləyicis

turlar.az

sac duzumleri yay geyimləri 2026 yay kolleksiyasi xına bayatıları hekayələr yagli saclar ucun meslehetler masin sou kosmetika yemekler qiz evi ucun haxista cantalar sperma