Gözlərin rəngi bizə nə deyir?

Gözlərin rəngi bizə nə deyir?Gözlər bağlı olanda insanı anlamaq daha çətin olur. Ona görə deyiblər: "Gözlər qəlbin aynasıdır ".Onların rəng müxtəlifliyi isə fərdin xüsusiyyətlərini bildirir.
Göz rəngi genetik bir xüsusiyyətdir və dölün inkişafı zamanı valideynlərin gözlənti mövzularında daha çox yer alır. "Körpənin gözləri qara, qəhvəyi, mavi, boz, yaşıl, bataqlıq və ya qarışıq rəngli olacaqmı?"
Uşağın göz rəngi valideyndən keçən genetik materialdan asılıdır. Ancaq valideyn genləri müxtəlif yollarla qarışa bilər. Uşağın doğulana qədər hansı valideynin məsul geni daha təsirli olacaq?- bilinməz.
İnsan gözünün rəngini təmin edən üç gendən ikisi öyrənilmişdir.Bu genlər ən çox yayılmış rəngləri müəyyən edir: yaşıl, qəhvəyi və mavi. Digər - boz, bataqlıq və çoxlu qarışıq rənglərin necə yaranmasını alimlər hazırda izah edə bilmirlər.
Bir vaxtlar qəhvəyi göz rəngi "dominant", mavi göz rəngi isə "resessiv" xüsusiyyət hesab olunurdu. Amma müasir elm göstərir ki, göz rənginin formalaşmasında daha mürəkkəb mexanizmlər iştirak edir.
Boyaları qarışdırma prosesi kimi göz rəngləri də yalnız valideyn rənglərinin birləşməsi hesab olunur.
 Göz rəngi erkən yaşda dəyişə bilər.
Qafqazlı uşaqların əksəriyyəti mavi gözlərlə doğulur, həyatın ilk üç ilində tündləşə bilər. Tündləşmə ,adətən, doğuş zamanı hələ yaranmayan qəhvəyi piqmentin- melanininin yaşla bağlı meydana gəlməsi ilə bağlıdır.
Uşaqların göz rəngi hər bir valideyndən tamamilə fərqli də ola bilər. Ancaq hər iki valideynin qəhvəyi gözləri varsa, uşaqlarının da qəhvəyi gözlü olması ehtimalı yüksəkdir.
Ancaq valideynlərdən birinin qəhvəyi, digərinin isə mavi gözləri varsa, bu, uşaqlarının avtomatik olaraq qəhvəyi gözlərə sahib olacağı anlamına gəlmir.
Bəzi körpələrdə doğum zamanı müxtəlif rəngli qişalar olur. Bu vəziyyət  heteroxromiya adlanır - uşağın inkişafı zamanı piqment daşıma xətası, ana bətnində və ya doğuşdan qısa müddət sonra yerli travma və ya xoşxassəli genetik pozğunluq olarsa, meydana çıxır.
Digər səbəblərə qiltihab, çil (diffuz nevus) və Horner sindromu daxildir.
Gözlər "danışır"
İnsan susanda belə gözlər "danışa" bilir.
İnsanın duyğularına xəyanət edirlər, hətta gizlətməyə çalışsalar da. Həmçinin, gözlər sevgi, qəzəb, təəccüb və şəfqəti ifadə edə bilirlər.... Bir insan haqqında çox şey deyə bilirlər: təkcə xarakteri və əhval -ruhiyyəsini deyil, həm də sağlamlıq vəziyyətini. Hətta Aristotel insan gözlərinə çox diqqət yetirərək onları heyvanlar aləminin gözləri ilə müqayisə etməyə çalışırdı. Məsələn, o, kiçik gözlü insanları meymuna bənzədərək ürəyi zəif hesab edirdi. Bir az çökmüş gözlüləri şirə bənzədirdi.Aristotel belə insanları mərhəmətli hesab edirdi. Qədim yunan filosofu fizioqnomiyanın mənşəyində dayansa da, indiki təfsir dəyişmişdir.
Göz rənləri insan haqda hansı məlumatı verir?
Qəhvəyi gözlər
Qəhvəyi gözlü insanların şən, enerjili və impulsiv olduğunu, gülməyi sevdiyini və insanlarla asanlıqla ünsiyyətə girdiyini bildirir. Tez hirslənsələr də, tez geri çəkilirlər, pisliyi unutmağa meyllidirlər.Qəhvəyi gözlü insanlar diqqət mərkəzində olmağı sevirlər və başqaları tərəfdən razı qalmaq onlar üçün mütləqdir. Mavi və boz rəngli olanlardan daha emosionaldırlar. Qara gözlü uşaqlar parlaq gözlü uşaqlardan daha enerjili və çılğın olurlar. Ancaq açıq qəhvəyi gözlər utancaqlıq, zəhmətkeşlik, çalışqanlıq əlamətidir. Belə insanlara arxalanmaq çətindir. Kifayət qədər inciyirlər və tənhalığa meyllidirlər, tez -tez xəyallara dalırlar, bəzən buludlarda uçurlar. Tünd qəhvəyi gözləri olanlardan fərqli olaraq onların qətiyyəti və inamı yoxdur.
Mavi gözlər
Mavi soyuqluq gətirən rəngdir.Gözün "buzlu" kölgəsi, insan ruhunda daha az istilik olduğuna yozulur. Səma rəngli gözləri olanlar romantik, xəyalpərəstlər hesab olunsalar da, eyni zamanda, ağrıya ən az həssas olurlar. Tünd mavi gözlü insanlar israrlıdır, əhval -ruhiyyəyə asanlıqla uyğunlaşırlar. Bu göz rənginin sahibləri ilə mübahisə etməmək daha yaxşıdır .Onlar uzun müddət təhqirləri xatırlayırlar. Mavi gözlü qadınlar şıltaqdırlar. Belə insanlar yaradıcı, istedadlı olurlar. Mavi gözlü insanlar həddən artıq emosional və mübahisəli insanlardır. Ancaq qətiyyətli deyillər.
 Yaşıl gözlər
Yaşıl gözlü insanlar həsəd aparılacaq iradəyə malikdirlər. Onlar davamlılığı ilə seçilərək qarşıya qoyulan məqsədə doğru çalışırlar. Ancaq buna baxmayaraq, dözülməz və bəzən qəddardırlar.  Cəsarətlidirlər və işlərini sevirlər, öz sahələrində peşəkar olmağa səy göstərirlər. Onlar təşkilatçılıq qabiliyyəti ilə seçilə bilirlər. Bəzən tükənmiş enerjili olurlar. Sərt,  eyni zamanda , ədalətlidirlər. Yeri gəlmişkən, onlar özlərinə olduğu kimi başqalarına da yüksək tələblər qoyurlar. Yaşıl gözlülər əlçatmaz görünür, lakin onların etibarını qazanan kimi hər şey dəyişir.
Qara gözlər
Əksər insanlar üçün bu göz rənginin sahibləri ilə ilk görüş xoşagəlməz hiss yaradır. Onları zalım və qəzəbli hesab edilir.Əslində isə belə insanlar çox mehribandırlar və yeni hər şeyə açıqdırlar. Səmimiyyət,  pozitiv və emosionallıqları onları fərqli edir.
Kömür-qara gözlərin sahibləri liderlik keyfiyyətlərinə malikdirlər. Belə insanlar diqqət mərkəzində olmağa öyrəşirlər.Cəlbedici, xarizmatik və çox həyatsevərdirlər. Mənfi xüsusiyyətlər arasında aşağıdakıları qeyd etmək olar: əsəbilik, avantürizmə meyl, öz ideyalarına bağlılıq, inadkarlıq. Qara gözlərin sahibləri məqsədlərinə hər hansı bir vasitəylə nail olurlar - əgər işə başladılarsa, o anda onları dayandırmaq mümkün olmayacaq.
Qarışıq
Boz-mavi gözlərin sahibləri soyuq təbiət təəssüratı yaradırlar, istənilən vəziyyətdə nəinki simasını qorumağa, həm də özlərinə hakim olmağı bacarırlar. Görünür, belə insanları heç nə hiddətləndirə bilmir. Onlar məqsədyönlü, qətiyyətli, hər şeyi təhlil etməyə və liderlik keyfiyyətlərini göstərməyə meyllidirlər.
Boz-yaşıl gözlü gördükdə,  qarşınızda "iki ayağı üstə dayana bilən " ,praqmatik  təbiətə sahib bir insan obrazını düşünün. Bu insanlar qarşılarına məqsəd qoymağı, onlara nail olmağı bilirlər, lakin kifayət qədər həssas və emosionaldırlar və çox vaxt tək başları ilə deyil, həm də ürəkləri ilə qərar qəbul edirlər. Empati qurmağı bacarırlar.
Boz gözlər
Belə gözlərin sahibləri hər şeylə maraqlanan və düşüncəli insanlardır. Ünsiyyətdə sakit, etibarlı, vicdanlı və səbirlidirlər. Onlar etibarlı və sədaqətli olmaqları ilə seçilirlər, lakin çox vaxt emosional olurlar, intuisiya hissindən məhrum görünürlər. Güman edilir ki, tünd boz gözlü insanlar hər hansı bir çətinliyə baxmayaraq, inadkardırlar və şübhəsiz ki, məqsədlərinə çatacaq qüvvəyə sahibdirlər.
 Fərqli göz rəngləri
Heteroxromiya -sağ və sol gözün fərqli rəngidir (və ya bir gözün fərqli rəngdə olması). Göz rəngi melaninin paylanması və konsentrasiyası ilə müəyyən edilir. Tam heteroxromiya həm heyvanlarda, həm də insanlarda olur. Baxmayaraq ki, insanlarda daha az rast gəlinir . Ev heyvanlarında,  ağ pişiklərdə geniş yayılmışdır.Yeri gəlmişkən, əfsanəyə görə, Məhəmməd peyğəmbərin sevimli pişiyinin də fərqli göz rəngi olmuşdur.
İndiki vaxtda gözlərin rəngini dəyişmək problem deyil. Hər zövqə uyğun göz  rəngli kontakt linzalar vardır. Görünüşündə daha ciddi dəyişiklik yaratmaq istəyənlər üçün implantlar istehsal olunur. Bir neçə illər əvvəl isə Kaliforniyadan olan alim lazerlə gözün qişasından melaninin çıxarılmasını təcrübədən keçirməyə başladı. Belə bir əməliyyat sayəsində qəhvəyi gözlü insan iyirmi saniyə ərzində mavi gözlü insana çevrildi.Bu prosedur geri dönməzdir. Hələlik bunlar belə təcrübələrin ilk cəhdləridir və elmi dairələrdə tam təsdiqini almamışdır.
Və sonda...
Ən gözəl gözlər  incə, isti, duyğulu baxanlardadır. Onların qəhvəyi, mavi və ya yaşıl olması elə də əhəmiyyət kəsb etmir.
Hira Abbey
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1330   Tarix: 07 noyabr 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

yaz geyimleri 2026 aksessuarlar toy makiyajlari üzdə sızanaqlar ciyer qovurmasi qadin ve kisinin seksi göyəmin faydası kosmetika cinsi əlaqə novruz bayrami hakisda ana haqqinda bayati hakisda sağlamlıq