Gözlərinizi kompüter və telefondan belə qoruyun

Gözlərinizi kompüter və telefondan belə qoruyunHansısa bir şəxsdə Herpes Simplex virusu (göz uçuğu) varsa, bu xəstəlik soyuq aylarda aktivləşir.

Bunu "Report"a həkim-oftalmoloq Elşən İbrahimov deyib.

Onun sözlərinə görə, soyuq hava sağlam gözə zərər vermir: "Ümumiyyətlə, soyuq havada çox qalmadığımızdan gözləri xüsusi qorumağa ehtiyac yoxdur. Kompüter və telefon gözlərin yorulmasına gətirib çıxarır. Hətta kompüter və telefondan çox istifadə edilməsi uşaq və gənclərdə bəzi pozulmalar yarada bilər. Ona görə də gözləri çox yormaq doğru deyil. Uzun müddət kompüterdə oyun oynamaq, hansısa bir məqalə oxumaq gözdə yorğunluq yaradır. Bu da baş ağrısı, gözdə sulanma kimi şikayətlərə yol açır".

Həkim-oftalmoloq bildirib ki, bu cür problemlər yaşanmaması üçün 30-40 dəqiqədən bir kompüterin qarşısından durmaq, gözlərə istirahət vermək lazımdır: "Artıq məktəbdə də dərslər kompüter üzərindən izah olunur. Kompüterlər həyatımızın ayrılmaz hissəsidir. Ondan istifadə etməmək mümkün deyil. Ona görə də istifadə müddətinə əməl olunmalıdır. Müəyyən aralıqlarla kompüterin qarşısından ayrılmaq və pəncərə qarşısında uzaq məsafələrə baxmaq lazımdır. Gözlərin görmə keyfiyyətini artırmaq üçün A vitamini qəbul etmək lazımdır. Gözlər üçün faydalı olan Omeqa-3 balıqda, yumurtanın sarısında var".

Xəbərlər     Baxılıb: 1781   Tarix: 11 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

turlar.az

kosmetik vasiteler gözəllik məhsulları həkim məsləhəti yemək bişirmək tutma reseptleri seks pozalari qarindaki yaglari eritmek kosmetika salam xanim az haqisda novruz bayramina aid vicdan