"GÜLÜMSƏYƏN DEPRESSİYA" – Cavan və uğurlu insanlar nə üçün intihar edir?

"GÜLÜMSƏYƏN DEPRESSİYA" – Cavan və uğurlu insanlar nə üçün intihar edir?Son zamanlar bu termin daha da populyarlaşır. "Gülümsəyən depressiyalı" insanlar ətrafdakılara nə qədər xoşbəxt, üzügülər adam təsiri bağışlasalar da, daxilən gərgin, əhvalı pis, bədbin olurlar. Belə bir sual yaranır: Bu hal xəstəlik hesab edilirmi? Bəli, bu hal xəstəlik hesab olunur, çünki simptomları nə qədər maskalansa da depressiyadır. Psixologiyada bu "atipik depressiya" adlanır. Faktiki olaraq əhavlı düşük, işindən, məşğuliyyətindən həzz ala bilməyən, yaşamından sevinc hissi duya bilməyən insanlar uzun müddət bunu gizlətməyə çalışır.Bu şəxslər daha çox intihar etməyə meylli olurlar.

"Gülümsəyən depressiyalı" insanları təyin etmək bir qədər çətindir. Çox vaxt onlar özləri də əhvallarındakı dəyişikliklərin ciddiliyini sezməkdə çətinlik çəkirlər. Onlar düşünür ki,normal işləri, həyatları var, kədərlənməyə hər hansı ciddi bir səbəbləri yoxdur. Və hər gün ətrafdakılar üçün gülümsər, şən bir "maska" ilə günlərinə davam edərlər. Kənardan xoşbəxt, mərhəmət dolu, aktiv və səmərəli həyat tərzi sürürmüş kimi görünərlər.

Lakin daxilən belə şəxslər ümidsiz, əzgin olur, tez-tez istənilən yolla bu haldan qurtulmaq hissi keçirirlər. Gündəlik işlərinə davam etmək üçün səfərbər etdikləri güc, enerji onları daha da yorur, tükəndirir. Həyatlarında baş verən pozitiv hadisələrdən sanki "sevinir", bir anlıq özlərini bu gərginlikdən qurtulmuş hesab etsələr də bir neçə dəqiqə sonra yenidən daxildən gələn əzginlik və ruh düşüklüyü onları əsarətinə alır.

Bu cür hal keçirən insanlarda həmçinin ifrat iştah, əl və ayaqlarda səbəbsiz ağırlıq hissi, yuxunun pozulması , erkən yuxuya meyllik və ya səhərlər yuxudan normal oyanmanın pozulması, axşam saatlarında hədsiz yorğunluq, başağrıları, ünsiyyətdə tənqid və ya rədd olunmanın patoloji həssaslıq və aqressiv qarşılanması kimi simptomları müşahidə olunur.

Gülümsəyən depressiv insanlar xüsusi temperamentə malik olur. Onlar bir işin başlanğıcında daha pessimist proqnozlar verir, baş verə biləcək neqativ halları dəfələrlə götür-qoy edir, uğursuluqları maksimal önləməyə çalışırlar.

Bu halı necə aradan qaldırmalı? İlk növbədə problemin olduğunu boynunuza alın və atipik depressiya adlanan xəstəlikdən qurtulmalı olduğunuzu bilin. İdman, fiziki aktivlik, meditasiya çox effektivdir. İxtisaslaşmış mütəxəssislərə müraciət edin. Yadda saxlayın ki, sağlam psixi durum və yaşam rifahı üçün məhz sizin üçün ən önəmlisi elə həyatınızdır, onu hiss etməyinizdir! Bunsuz həyatın mənası və məqsədi itir.

Maraqlı     Baxılıb: 2193   Tarix: 09 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

Bu xanımlara yüksək vəzifələr verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. . xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

turlar.az

hamiləlik geymler 2026 geyim necə seçməli qara qaragat hepatitlər pomidorun ziyani əli əmirli kosmetika qardasa aid haxistalar big.az vətən haqqında bayatı burclerin uyumu badambura