Gün ərzində nə qədər şəkər qəbul etməli?

Gün ərzində nə qədər şəkər qəbul etməli?Gün ərzində istifadə etdiyimiz bir çox qidaların tərkibində müxtəlif miqdarda şəkər vardır. İçdiyimiz sərinləşdirici içkilər, yediyimiz meyvələr, mağazalardan aldığımız dadlı qida məhsullarının tərkibində az və ya çox miqdarda şəkər vardır.
İnsanlar fərqinə varmadan gün ərzində şəkəri bir çox qidalarla birlikdə qəbul edirlər. Onların ağlına belə gəlmir ki, normadan artıq şəkər qəbul etmək orqanizmdə bəzi xəstəliklərin əmələ gəməsinə səbəb olur. Bu xəstəliklərin içərisində aşağıda adları çəkilənlər də vardır:
- ürək xəstəlikləri
- damar xəstəlikləri
- artıq çəki.
Amerika alimlərinin apardığı araşdırmalar kişilər üçün gündəlik şəkər qəbulunun 35 qram(150 kkal), qadınlar üçün isə 20 qram (100 kkal) olduğunu qeyd etmişdir. Şəkər dedikdə mütəxəssislər yalnız istifadə edilən şəkər tozunu və qəndi nəzərdə tutmamışlar. Onların qeyd etdiyi miqdar gün ərzində yediyimiz meyvə, müxtəlif şirələr, şirniyyatlar, konfetlərin tərkibində olan şəkərin miqdarına da aiddir.
Mütəxəssislər uzun müddət qəbul edilən şəkər tozunun orqanizmə zərərli olduğunu sübut ediblər. Şəkərin normadan artıq qəbulu ilk növbədə özünü qaraciyərdə göstərir. Şəkər ilk növbədə qaraciyərin piy distrofiyasına səbəb olur. Qanda uzun müddət yüksək səviyyədə olan şəkər, şəkərli diabet xəstəliyinin yaranmasına şərait yaradır. Qanda insulinin artmasına səbəb olan şəkər, damarların yumuşaq toxuma hüceyrələrinin böyüməsinə səbəb olur. Bu vəziyyət uzun müddət davam etdikdə isə damar keçiriciliyi pozulur və yüksək təzyiq meydana gəlir.
9000 könüllü adam arasında 6 il aparılan araşdırmalar şəkər qəbul edənlərdə depressiya xəstəliyinin, şəkər qəbul etməyənlərə nisbətdə 40% artıq olduğunu meydana çıxarmışdır.
Mütəxəssisilər gündəlik şəkər qəbulu dedikdə bir dilim çörəyin tərkibində olan 2-3 qram, smitin tərkibində olan 3-4 qram pendirli hamburqerin tərkibində olan 7 qram şəkərin belə nəzərə alınmasını tövsiyə edirlər. Onlar hətta şirin kofe və ya şirin çayın şəkərsiz qəbul edilməyini məsləhət bilir və orqanizmin şəkərə olan tələbatının meyvələrlə ödənməsini məsləhət bilirlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2067   Tarix: 01 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

makiyaj instagram geyim seçimi qis geyimləri 2026 2026 payiz qis kolleksiyasi sabir haciyev qizilgul haqqinda melumat karikatura kosmetika vusale elizade gəncə kahfe kali hesaplama burcler haqqinda