Günahkar bəndə Allahın sevimli quluna çevrilə bilərmi?
Günahkar bəndə Allahın sevimli quluna çevrilə bilərmi?
Cavab:
Əlbəttə ki, ola bilər. Günahlarından tövbə edənlər bağışlanır.
Hədislərin birində bu barədə deyilir:
" Günahlarından tövbə edənlər Allahın sevimli bəndəsinə çevrilir" (İbn Abiddünya).
Əgər insan günahlarından tövbə edərək əvvəlki əməllərinə qayıtmırsa, Allahın sevimli bəndəsinə çevrilir. Uca Allah bu barədə Quranda buyurub:
" Həqiqətən, Allah tövbə edənləri sevər" (əl-Bəqərə 2/222).
Bildirilir ki, Allahın rəsulu (sallallahu aleyhi və səlləm) buyurub:
" Həqiqətən də, Allah tövbə edərək ona üz tutan bəndələrini, səhrada onun bütün azuqə və suyunu özü ilə apararaq dəvəsi qaçan adamdan artıq sevər.
Dəvəsini tapmaqdan ümidini kəsən adam bir daha onu görməyəcəyinə əmin olaraq bir ağaca yaxınlaşıb onun kölgəsində yatır. Yuxudan ayıldıqda isə o dəvəsinin yanında dayandığını görür və sevinclə: "Allahım, mən - Sənin Rəbbinəm!" – deyərək çox sevindiyindən səhvə yol verir" (Muslim).
Mənbə: Islam-Today
f Paylaş








Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Məşhur aktyor 46 yaşında vəfat etdi
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)