Gündə 20 siqaret bu xəstəlik riskini 3 dəfə artırır

Gündə 20 siqaret bu xəstəlik riskini 3 dəfə artırırPnevmoniya, xalq arasında sətəlcəm kimi tanınan xəstəlik qış aylarında daha geniş yayılır. Daha çox uşaqlar və yaşlı şəxslər üçün təhlükəli sayılan bu xəstəlik hava-damcı yolu ilə çox tezliklə yayılır.   
Ağciyərdə iltihabın yaranması ilə xarakterizə olunan sətəlcəm, bakteriya, virus, göbələk kimi mikroorqanizmlər sayəsində ortaya çıxır.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Türkiyədən olan mütəxəssislər gündə bir qutu siqaret çəkməyin pnevmoniya riskini 3 dəfəyə yaxın artırdığını bildiriblər. Çoxlu siqaret istifadəsi immun sistemini zəiflətdiyi üçün sətəlcəmin yaranmasına səbəb olur.
Gündə 10-20 siqaret çəkmək sətəlcəm riskini 2,3 dəfə, 20 siqaret çəkmək isə 2,9 dəfə artırır.
Pnevmoniya ən çox ölümə səbəb olan xəstəliklərin sırasında 3-cü, 65 yaşdan sonra  ölüm səbəbləri arasında altıncı yerdə gəlir.
Pnevmoniya qəfil başlayan öskürəklə ortaya çıxır. Dörd gündən çox davam edən qızdırma, bəlğəmli öskürək, nəfəs almada çətinlik, sinədə, başda, eləcə də bütün bədənə yayılan ağrılar, ürək bulanma, qusma, halsızlıq bu xəstəliyin əlamətləri sayılır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, ən çox ölümə səbəb olan xəstəliklərdən olan aşağı tənəffüs yolları infeksiyaları ildə 3,2 milyon insanın ölümünə səbəb olur.
Pnevmoniya əleyhinə peyvənd sətəlcəmin qarşısını almaq üçün əsas addım sayılır.
Sətəlcəmin əsas müalicəsi antibiotik müalicəsi sayılır. Eyni zamanda temperatur salan,  öskürəyi və ağrını kəsən dərmanlar təyin olunur. Bundan başqa, çoxlu maye qəbulu, istirahət rejimi, yaxşı qidalanma da əlavə müalicə tədbirləri sayılır.
Alimlərin hesab edir ki, məhz peyvənd yolu ilə pnevmokokkların törətdiyi xəstəliklərin sayını 85% azaltmaq mümkündür.
Azərbaycanda Milli Peyvənd təqviminə uyğun olaraq uşaqlar 2, 4 və 6 aylığında üç dəfə peyvənd olunurlar.
Pnevmokokk peyvəndi 65 yaşlı və daha yaşlılar, ürək-damar, böyrək, qaraciyər, dalaq, şəkər xəstələri, bronxlarda problemi olanlar, immun sistemində problemi olanlar, alkoqol, siqaret istifadəçiləri, dalağı çıxarılan şəxslər üçün çox vacib sayılır.
Qeyd edək ki, mütəxəssislər siqaret çəkənlərin pnevmoniyanı daha ağır keçirdiklərini, daha çox risk qrupuna daxil olduqlarını vurğulayırlar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1373   Tarix: 22 dekabr 2019
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

donlar 2026 makiyaj etmek qaydalari geyim necə seçməli qəlyanaltı reseptləri sarmisaqin faydasi psixoliji məsləhətlər tutun xeyri kosmetika novruz hakisdalari rus dilini öyrənək 2 ci dərs veten sekisler sağlamlığa aid atalar sözləri