Gündəlik həyatımızı əhatə edən problem - Baş ağrıları haqqında

Gündəlik həyatımızı əhatə edən problem - Baş ağrıları haqqındaGündəlik həyatımızı əhatə edən problem - Baş ağrıları haqqında

Baş ağrısı hər bir adama tanışdır. Bəzilərində bu tez-tez, digərlərində isə nadir hallarda müşahidə olunur. Alman alimləri kəskin baş ağrılarının bəzi qidaların qəbulu ilə əlaqəsini öyrənməyə çalışırlar. Onlar bu nəticəyə gəlmişlər ki, bəzi qidaların damarları daraldıcı təsiri baş ağrısına şərait yaradır. Məsələn, amin birləşmələri – şokoladda, pendirdə, yoqurtlarda, xamada, duzlu balıqda, hisə verilmiş ətdə olan birləşmələrdir. Ət məhsullarına çox zaman natrium nitrit əlavə edirlər ki, bu da ona çəhrayı rəng verir. Belə ət məhsulundan hazırlanmış yemək yedikdə bəzi insanlarda üzdə ödem və qızartı müşahidə olunur. Bəzi insanlarda isə Çin mətbəxinin yeməklərini yedikdən sonra baş ağrısı tutmaları müşahidə edilir ki, bu da həmin yeməklərə natrium qlütamat maddəsinin əlavə olunması ilə əlaqədardır. Ağrı bədənin yuxarı hissəsinin qızarması, başda istilik hissi və pulsasiya ilə müşayiət olunur. Əgər qlütamat çox qəbul edilərsə, o zaman ürək bulanma, qusma, ishal, qarında ağrılar, ümumi zəiflik, ürək döyünmə müşahidə olunur. Qlütamat maddəsini paketlərdə olan bulyonlara, kartof çipsilərinə, müxtəlif dadlı suxarılara, quru ədviyyatlara əlavə edirlər.

Bir çox insanların orqanizmi kofeini asan mənimsəmir. Digərləri isə vərdiş etdiklərinə görə gündəlik olaraq kofe, çay və kola içməlidirlər. Bunları qəbul etmədiyi təqdirdə onlarda əsəbilik, dağınıqlıq, həyəcan, yuxu pozğunluğu, ürək bulanma da baş qaldırır. Buna alışmış insanlar gün rejimini dəyişdikdə özlərində diskomfort, hətta baş ağrıları da hiss edirlər. Baş ağrısı şəkərəvəzedicilərin qəbul edilməsi zamanı da baş verə bilər. Onun tərkibində aspartam var. Ona görə də əgər siz tutduğunuz pəhrizə görə şəkərdən imtina etmək istəyirsinizsə, şəkərəvəzedicini ehtiyatla seçin. Bəzi insanlar sitrus bitkilərinin (portağal, limon, qreypfrut) tərkibində olan turşulara qarşı çox həssasdırlar. Bir qayda olaraq bu insanlarda digər xarici mühit amillərinə qarşı allergik reaksiyalar baş verir. Alimlərin fikrincə qida məhsullaranın 20% -i kəskin baş ağrıları verə bilər.

Baş ağrılarınızın səbəbini müəyyənləşdirin

Zəmanəmizdə problemlər bizi hər tərəfdə əhatə edir: evdə, işdə və bəzən hətta tətildə…
Bu problemlər də stress və digər əsəb xəstəliklərinə gətirib çıxararaq ardınca ciddi fəsadlar buraxa bilir. Xüsusilə də yüksək təzyiqdən əziyyət çəkənlər üçün stress olduqca təhlükəli haldır. Bu, arterial hipertoniyanın inkişafına gətirib çıxara bilər.
Başın hansı nahiyəsinin ağrımasından asılı olaraq onun hansı xəstəlikdən qaynaqlandığını təyin etmək olar. Təqdim olunan şəkildə miqren, hipertoniya və stressdən qaynaqlanan başağrılarının əlamətləri əks olunub. Bu əlamətlərə biganə yanaşmayın, ələlxüsus da onlar təkrarlanan və uzunmüddətlidirsə, mütləq həkimə müraciət edin.

Həkimə nə zaman müraciət etməli

Tez-tez təkrarlanan baş ağrılarıı zamanı da həkimə müraciət etmək vacibdir. Aşağıdakı hallarda dərhal həkimə müraciət etmək lazımdır:

- Qəfləti başlayan kəskin baş ağrıları
- Huşsuzluqla müşayət olunan baş ağrıları
- Yaddaşın zəifləməsi ilə müşayət olunan baş ağrıları
- Hərarətin yüksəlməsi ilə müşayət olunan baş ağrıları
- Ətraflarda iflicin yaranması ilə müşayət olunan baş ağrıları
- Ürəkbulanma ilə müşayət olunan baş ağrıları
- 50 yaşından sonra meydana çıxan baş ağrıları

Yuxarıda göstərilən əlamətlər hər hansı bir arzuedilməz vəziyyətin ilkin göstəricisi ola bilər və bu həkim tərəfindən yoxlanılaraq dəqiqləşdirilməlidir.

Uzunmüddətli dərman qəbulu vasitəsilə baş ağrıları sakitləşdirilə bilər. Amma yadda saxlamaq lazımdır ki, uzunmüddətli dərman qəbulunun ağırlaşmaları da var. Bunlara böyrək və qaraciyər zədələnmələri aid edilə bilər.

Yuxarıda göstərilən hallarda siz ilk növbədə ümumi terapevtə müraciət edə bilərsiniz. Terapevtin qərarı ilə siz Burun-qulaq-boğaz həkiminə, nevropatoloqa, diş həkiminə göndərilə bilərsiniz.

Özünüz nə tədbir görə biləriniz?

Təsadüfən meydana çıxan və təkrarlanmayan baş ağrıları zamanı istənilən bir ağrıkəsici dərmandan istifadə edə bilərsiniz. Dərmanın istifadə qaydasını ya aptekdən, ya da dərman qutusunda olan instruksiyadan öyrənə bilərsiniz. Dərman qəbulu zamanı ehtiyatlı olmalısınız. Elə dərmanlar var ki, onlar mədəyə zədələyici təsir göstərir və yeməkdən sonra qəbul edilməlidir. Bunlara Aspirin, voltaren, İbuprofen tipli dərmanları misal gətirmək olar. Paracetamol baş ağrılarına qarşı güclü təsir göstərsə də onun həddən ziyadə qəbulu qaraciyər çatışmazlığı törədə bilər.

Baş ağrılarının elə növləri var ki, təmiz havaya çıxmaq, alkoqol və ya nikotin qəbulunu azaltmaq kimi tədbirlərlə aradan qaldırıla bilər. Gərginlik baş ağrıları sakitləşdirici gimnastika, gəzinti kimi tədbirlərlə götürülə bilər. Gərginlik baş ağrılarının əsas səbəblərindən biri strssdir. Stressin azaldılması vasitəsilə təkrarlanan gərginlik baş ağrılarında qurtulmaq olar. Baş ağrıları zamanı akupunktura, massaj kimi vasitələrdə kömək edir.

Sağlamlıq     Baxılıb: 2714   Tarix: 14 avqust 2015
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

turlar.az

geyim və ayaqqabılar geyim seçimi geyim şəkilləri uzun saclarin yigilmasi zirincin faydaları ciyer qovurma murebbelerin hazirlanmasi kosmetika kahfe falı qiz evi toyuq salati englishdilində qulaq olumu