Gündəlik makiyaj edən qadınlara xəbərdarlıq - 12 illik araşdırma riski üzə çıxardı

Gündəlik makiyaj edən qadınlara xəbərdarlıq - 12 illik araşdırma riski üzə çıxardıABŞ-da aparılan genişmiqyaslı araşdırma gündəlik makiyaj vərdişlərinin sağlamlıq üçün ciddi risklər daşıdığını ortaya qoyub.
Milli.Az xəbər verir ki, ABŞ Milli Ürək, Ağciyər və Qan İnstitutunun apardığı 12 illik araşdırma gündəlik makiyaj edən qadınlar arasında böyüklərdə başlayan astma xəstəliyinin yayılma riskini əhəmiyyətli dərəcədə artırdığını sübut edib. Araşdırmaya 40 minə yaxın qadın cəlb olunub və nəticələr narahatlıq doğurur.
Məlum olub ki, dodaq boyası, ənlik, göz kölgəsi, saxta dırnaqlar və cuticle kremləri kimi məhsullardan həftədə 5 dəfə və daha çox istifadə edən qadınlarda astma riski 47%-ə qədər artır. Bu məhsullarda olan bəzi kimyəvi maddələrin (paraben, ftalat, PFA və fenollar) immun və hormonal sistemlərə mənfi təsir göstərdiyi ehtimal olunur.
Mütəxəssislər məhsulların tərkibindəki Polifluoroalkil maddələr (PFA), ftalatlar, parabenlər və fenolların uzunmüddətli istifadədə tənəffüs sisteminə zərər verə biləcəyini bildirirlər. Bu maddələr bədəndə toplanaraq xroniki astma simptomlarına yol aça bilər.
Tədqiqatçılar bildirirlər ki, bu məhsullardan istifadə edən və tez-tez öskürək, nəfəs darlığı, hırıltı və döş qəfəsində sıxılma yaşayan qadınlar gecikmədən mütəxəssisə müraciət etməlidir.
Əvvəlki araşdırmalar göstərir ki, hamiləlik dövründə bu kimyəvi maddələrə məruz qalan qadınların uşaqlarında da astma riski yüksəlir. Bu isə yalnız fərdi deyil, nəsillərə təsir edən bir sağlamlıq problemi ilə üz-üzə olduğumuzu göstərir.
Nə etmək olar?
Mütəxəssislər qadınlara kosmetik məhsul seçərkən:
Tərkibi oxumağı
Kimyəvi maddələrdən uzaq durmağı
Mümkün qədər təbii və sertifikatlı məhsullara üstünlük verməyi tövsiyə edirlər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1493   Tarix: 23 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

qis geyimləri 2026 həkim məsləhəti sac duzumleri qish geyimleri məsləhətlər sepgilere qarsi maska milli yemek kosmetika kahfe fali rus dilini öyrənək 2 ci dərs qiz evi haxista vidyolar toy gecesi