Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİ

Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİAlimlərin yeni kəşfi düzgün yuxu rejimi haqqında təsəvvürləri dəyişə bilər. 23 mindən çox yetkin insanın iştirak etdiyi genişmiqyaslı araşdırma göstərib ki, optimal yuxu müddəti gündə təxminən 7 saat 18 dəqiqə ola bilər. Məhz bu qədər istirahət insulinə davamlılığın (insulinrezistentlik) ən aşağı səviyyəsi ilə əlaqələndirilib. Bu isə 2-ci tip diabetin yaranma riskini artıran əsas amillərdən biridir.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, çinli alimlər böyük bir insan qrupu üzərində yuxu keyfiyyəti və maddələr mübadiləsinin vəziyyəti ilə bağlı məlumatları təhlil ediblər. Məlum olub ki, ən yaxşı metabolik göstəricilər təxminən yeddi saatdan bir qədər artıq yatan iştirakçılarda müşahidə olunub. Eyni zamanda həm yuxunun az olması, həm də həddindən artıq çox olması maddələr mübadiləsinin daha zəif göstəriciləri ilə əlaqələndirilib.
Tədqiqatçılar ayrıca həftəsonu "yuxunu kompensasiya etmək" vərdişini də araşdırıblar. Məlum olub ki, yuxu müddətinin bir qədər artırılması iş günlərində yaranan yuxu çatışmazlığını qismən kompensasiya edə bilər. Lakin əgər insan onsuz da kifayət qədər istirahət edirsə və sonra adətindən iki saatdan çox artıq yatırsa, bu, metabolik göstəricilərin pisləşməsi ilə müşayiət oluna bilər.
Elmi tədqiqatlar göstərib ki, xroniki yuxusuzluq iştahanı və stressi tənzimləyən hormonlara təsir edir. Bu isə öz növbəsində diabet və ürək-damar xəstəliklərinin riskini artıra bilər.
Yuxunun keyfiyyətini yaxşılaşdırmaq üçün nə etmək olar?
- Hər gün təxminən eyni saatda yatmağa və oyanmağa çalışın. 
- Yatmazdan əvvəl smartfon, kompüter və digər ekranlardan istifadəni azaldın. 
- Axşam saatlarında sakitləşdirici vərdişlər yaradın - məsələn, kitab oxumaq, yüngül dartınma hərəkətləri və ya digər rahatladıcı ritualar.(Lent.az)
Milli.Az

Xəbərlər     Baxılıb: 1835   Tarix: 27 mart 2026
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

yaz geyimleri 2026 aksessuarlar toy makiyajlari üzdə sızanaqlar ciyer qovurmasi qadin ve kisinin seksi göyəmin faydası kosmetika cinsi əlaqə novruz bayrami hakisda ana haqqinda bayati hakisda sağlamlıq