Günəbaxan tumunun təhlükələri
Rusiya Milli Diyetoloqlar Assosiasiyasının üzvü Marina Makişa "Moskva 24" telekanalına müsahibəsində günəbaxan tumlarının həddindən artıq istifadəsinin insan orqanizmi üçün təhlükəli ola biləcəyini deyib.
Milli.Az xəbər verir ki, həkimin sözlərinə görə, bu məhsul yüksək kalorili olduğu üçün çəki artımına səbəb ola bilər.
Belə ki, 50 qram soyulmuş tumda təxminən 400 kilokalori var.
Diyetoloq qeyd edir ki, bu, tam yeməklə müqayisə oluna bilər.
Diyetoloq, professor Mixail Ginzburq isə tumun qastritli insanlara zərər verə biləcəyini əlavə edib: "Tumu çeynəyərək udduğumuz zaman iti kənarlar əmələ gətirir. Və bu kənarlar eroziyanı olduqca yaxşı qıcıqlandıra bilər, yəni qastrit və mədə xorası xəstəliyinin şiddətlənməsinə səbəb ola bilər. Eyni zamanda istisna deyil ki, tumlar allergiyaya da səbəb ola bilər".
Diyetoloq Yelena Solomatina isə günəbaxan tumlarını yaz rasionuna daxil etməyi məsləhət görüb, çünki onlar çoxlu sink ehtiva edir və reproduktiv funksiyaları yaxşılaşdırır. (publika.az)
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin
Pesketaryen qidalanma nədir? Faydaları nələrdir?
Bir stəkan çay müalicəni puç edə bilər
Tut yeməyin faydaları
74 yaşlı Bülənt Ərsoy estetik etdirdi - Foto
Biznes sahibi olan məşhurlar: Kim hansı sahəyə sərmayə yatırıb?
Boğazı ağrıyanlar dərhal bunu etsin: Ağrını anında kəsir
Anşlaq, alqış, sənət – Eyyub Yaqubovdan unudulmaz konsert