Günəbaxan və balıq yağlarının gözlənilməyən ZƏRƏRİ açıqlanıb
Qranad Universitetinin alimləri müəyyən ediblər ki, günəbaxan yağında bişirilmiş yeməklərdən və balıq yağından uzun müddət istifadə edilməsi qara ciyərdə ciddi problemlərə səbəb olur.
Xanim.az bildirir ki, tədqiqatçılar zeytun və günəbaxan yağlarının, habelə balıq yağının siçovulların qara ciyərinə təsiri ilə bağlı uzunmüddətli kompleks analiz aparıblar. Xüsusilə, mütəxəssislər telomerlərin uzunluğunu ölçüb, elektron mikroskopun köməyi ilə orqandakı ultrastruktur dəyişiklikləri izləyiblər.
Alimlər müəyyən ediblər ki, zeytun yağı ilə qidalanan siçovul qrupunun qara ciyəri daha sağlam olub. Öz növbəsində, günəbaxan yağı fibroz və ultrastruktur dəyişikliklərə gətirib çıxarıb. Balıq yağı isə yaşla bağlı qıcqırma prosesini artırıb, telomerlərin uzunluğunu dəyişib və elektronların mitoxondriyalara keçməsinin tənəffüs prosesini ləngidib. Həmçinin günəbaxan və balıq yağları metabolik qeyri-alkoqol steatohepatitlə xəstələnmə şansını yüksəldib.
Telomerlər xromosomların uc sahələridir və onların qısalması qocalma, uzanması isə xərçəng xəstəliyinin yaranması ilə nəticələnir.
Metabolik qeyri-alkoqol steatohepatit qara ciyərdə sərbəst radikal turşuluğun fəallaşması ilə triqliseridlərin normadan artıq yığılmasına və hüceyrə membranlarının zədələnməsinə səbəb olur. Müvafiq müalicə aparılmadığı halda steatohepatit qara ciyərin sirrozuna çevrilir.
Azertag.az
f Paylaş








Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?