Günəş kremlərindən kimlər necə istifadə etməlidir? - Pediatrdan açıqlama

Günəş kremlərindən kimlər necə istifadə etməlidir? - Pediatrdan açıqlamaHavalar isinəndə, günəş şüaları ətrafa yayılanda xanımların əksəriyyəti günəşdən qoruyucu kremlərdən istifadə etməyə başlayır. Zərərli ultrabənövşəyi şüalardan qorunaraq günəşdən düzgün formada faydalanmaq əhəmiyyətlidir. Lakin bu zaman bəzən ciddi səhvlərə yol verilir. Bəs günəşdən qoruyucu kremləri necə istifadə etmək lazımdır?
Milli.Az medicina.az-a istinadən bildirir ki, həkim pediatr Tərlan Əyyubov bu və ya digər aktual sualları cavablandırıb.
Uşaqlarda dərinin UVA və UVB şüalarına qarşı müdafiəsi üçün SPF-50 kremlərdən, xüsusilə də suya davamlı formalardan istifadə etmək məsləhətdir.
Kimlər tətbiq edə bilər?
Həm böyük, həm də uşaqlar. Dərinin yaşla bağlı xüsusiyyətlərinə görə, 3 yaşadək uşaqların həmişə kölgədə olması məsləhətdir, çünki onların dərisində olan melanositlər lazımi qədər melanin sintez edə bilmir və buna görə də dərini lazımi qədər qorumur.
Nə zaman tətbiq edilməli?
Dənizdə çimdikdən, qurulandıqdan, tərlədikdən sonra. Kremi hər 2 saatdan bir sürtmək lazımdır. Günə çıxmazdan 15 dəqiqə əvvəl sürtülməlidir.
Suda və ya buludlu havada istifadə etmək olar?
Suda da qoruyucu vasitə lazımdır. Su ultrabənövşəyi şüaların intensivliyini artırır. UVB-nin 50%, UVA-nın 80%-i suyun səthindən 50 sm dərinə keçə bilir. Ultrabənövşəyi şüalar buludları dəf edirlər, buna görə də buludlu havada da dəri yanması ola bilər.
Hansı nahiyələrə tətbiq edilməlidir?
Bədənin bütün açıq hissələrinə. Qulaqları, boyunun bütün səthlərini, ayaqları yaddan çıxarmaq olmaz. Göz ətrafına vurmaq məsləhət deyil. Gözə düşərsə, tez bir zamanda yumaq lazımdır. Kremi ikiqat sürtmək hər zaman daha effektivdir.
Müxtəlif kremləri eyni vaxtda tətbiq etmək olar?
Yadda saxlamaq lazımdır ki, günəş əleyhinə krem ən sonda tətbiq edilməldir.
1 il əvvəlki krem istifadə edilə bilər?
Xeyr. Bu kremlərin tərkibindəki kimyəvi filtrlər dayanıqlı olmadığı üçün köhnələrdən istifadə məsləhət deyil. Bundan başqa kremi günəş altında saxlamaq məsləhət deyil.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1100   Tarix: 25 iyun 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb

"Çay, qəhvə və şirin içkilər orqanizm üçün təmiz suyun tam əvəzi hesab oluna bilməz". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyi

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

turlar.az

qaşların formalari aksessuarlar donlar 2026 qadin dunyasi az kisi ve qadin intim munasibetleri haxışta sözləri mahuddan tikilen kishi ust geyimi kosmetika novruz ağır itki masqalar lakonizm baldiz