Halva reseptləri

Halva reseptləriHalva – fındıq, toxum və şəkərdən hazırlanan şərq çərəzidir. Halvanın yüksək qida dəyəri ilə fərqlənən bir çox növləri var. Bu şərq çərəzinin resepti olduqca sadədir: o bütün inqrediyentlərin sıyıq halınadək olan qarışığıdır.

Zövqünüzə uyğun olaraq onun tərkibinə şokolad və vanil kimi müxtəlif komponentlər əlavə edə bilərsiniz.
Ev şəraitində hazırlanmış halva onunla fərqlənir ki, onun hazırlamasında şəkərin yerinə karamel kütləsinin hazırlanması üçün baldan istifadə olunur.

Günəbaxan halvası

Çox güman ki, bu halva növü ən məşhurlardan biridir. Günəbaxan halvasının hazırlanma prosesi:

Tumları qızardırıq.
Ayrıca unu qızardırıq.
Tumları 3 dəfə ətçəkən maşınından keçiririk.
Alınmış kütləyə unu əlavə edib təkrar əzirik.
Qənd siropuna və ya maye halında olan bala bitki yağı əlavə edirik və bu qarışığı tumlardan hazırlanmış kütlənin üzərinə tökürük.
Alınmış qarışığı formalara yığıb soyuducuya qoyuruq.
Halva bərkidikdən sonra tam hazır olur

Küncüt və yerfındığı halvası

Küncüt halvasının hazırlanmasının resepti əvvəlki halva reseptinə analoji olaraq hazırlanır. Əgər siz yerfındığı halvasından dadmaq istəyirsinizsə, bu zaman müvafiq olaraq, halva hazırlayarkən bu çərəzdən istifadə edin. Yeri gəlmişkən, həm küncütü, həm də ki yerfındığını blenderin köməyi ilə xırdalamaq daha rahatdır. Bundan başqa halva üçün sirop hazırlayarkən suyun yerinə süd istifadə etsəniz o daha zərif dad alacaq.

Hörüklü halva

Halvanın bu növü əvvəlkilərdən bir qədər fərqlənir və çalınmış yumurta ağlarının əsasında hazırlanır. Bu halvanın hazırlanma prosesi belədir:

Qozu təmizləmək və bir az xırdalamaq lazımdır.
Bu zaman qənd siropunu hazırlayıb soyuduruq.
Yumurta ağlarını çalmaq və çalmağa davam edərək üzərinə sirop əlavə edib möhkəm ağ köpük halına gətirmək lazımdır.
Maye halında olan qarışığa fındıqları əlavə edib təkrar yaxşıca qarışdırmaq lazımdır.
Formanı soyuducuya qoyuruq, halva bir az bərkidikdən sonra tam hazır olur.

Halva tortu

Halvanı həm də başqa çərəzlərin hazırlanması üçün inqrediyent kimi istifadə etmək olar. Məsələn, siz halva ilə sadə reseptli tort hazırlaya bilərsiniz. Tort aşağıdakı qaydada hazırlanır:

6 yumurtadan adi biskvitlər hazırlanır.
Kərə yağından, qatılaşdırılmış süddən və yumurta sarılarından krem hazırlanır.
Halva xırdalanır və tortun hər qatının üzərinə krem çəkildikdən sonra səpilir.
Şərq şirniyyatı bu torta təkrarolunmaz dad əlavə edir.

Mətbəx     Baxılıb: 17485   Tarix: 24 may 2014
f Paylaş

Oxşar xəbərlər

.

Əsl kəllə-paça RESEPTİ

Qışda sümükləri, toxumaları, bədəni xaş və kəllə-paçadan başqa nə isidə bilər, nə canlandırar? Övladlarınızı bu milli yeməklərə alışdırın, sevdirin. Ərzaqlar:. - 2 ədəd mal (dana) ayağı. - su. - baş soğan. - duz. - yumr

.

Bulkada julyen

Tərkibi. 2 ədəd bulka (hamburger bulkası). 5 ədəd göbələk. 1 ədəd toyuq filesi. 100 qr Holland pendiri. 400 ml süd. 4 xörək qaşığı un. 30 qr kərə yağı. duz. istiot. Hazirlama qaydasi. Öncə toyuq filesini xırda kub şəklind

.

Mövsümi şorba: Düyü Yoğurt Şorbası Resepti

Pirinç Yoğurt Şorbası Resepti üçün Tərkibi. 2 -ci. litr. Bu. 5-6. yemək qaşığı. düyü. bir. yemək qaşığı (yığma). Şöhrət. bir. nömrə. yumurta. 1.5. su şüşəsi. qatıq. 2 -ci. çay qaşığı. duz. bir. desert qaşığı. quru nanə. Yuxarıdakıla

.

Düyü Salatı

Ərzaqlar. 2 kasa düyü. 1 kasa qarışıq yaşıl noxud. 2 budaq təzə soğan. ½ dəstə cəfəri. 8-10 ədəd gavalı turşusu. 1 kasa dənələnmiş qarğıdalı. 2 st. limon suyu. Zeytun yağı, duz, pul bibər. Hazırlanması. Təzə soğan və cəfər

.

Özünü müalicə: Tərəvəzli şorba resepti

maddələr. Baharatlı Tərəvəz Şorbası Resepti üçün Tərkibi. 4. yemək qaşığı. Günəbaxan yağı. bir. nömrə. soğan. 2 -ci. nömrə. yerkökü. bir. nömrə. qırmızı bolqar bibəri. bir. nömrə. kərəviz sapı. bir. nömrə. kabak. 2 -ci. filial

.

Qara dəniz dadı: Kumak Recipe

Kuymak Resepti üçün Tərkibi. 2 -ci. yığılmış yemək qaşığı. kərə yağı. 2 -ci. yığılmış yemək qaşığı. qarğıdalı unu. bir. su şüşəsi. Bu. (otaq temperaturunda). bir. Damğa. kəsmik. 1 çay fincanı. Qaynar su. bir. çay qaşığı silin

.

Kəsmikli Bananli Tort

Ərzaqlar. 4 yumurta . 350 qram şəkər . 180 qram un . 5 xörək q. kakao tozu . 1 paket qabartma tozu . 4 xörək q. qaynar su . 250 qram kəsmik . 15 qram jelatin . 500 qram 33 %-li qaymaq . 4 ədəa banan . 100 qram tünd şokolad

.

Badımcan Salatı

Fərqli dadı olan bu salatı hamıya hazırlamağı məsləhət görərdim. Əminəm ki, çox bəyəniləcək. Lazım olan ərzaqlar:. 4-5 ədəd orta boy badımcan. 3 ədəd pomidor. 1-2 ədəd bibər. 250 qr toyuq döş əti. keşniş. şüyüd. bitki yağı

.

Şimal bölgəsinin ən fərqli yeməklərindən biri

Sürhüllü Azərbaycanın şimal-qərb zonasına, əsasən Qax, (İlisu, Sarıbaş, Ağçay, Qaşqaçay), Zaqatala və Balakən rayonlarına, qismən Quba, Xaçmaz və Gəncəbasar bölgələrinə məxsus xəmir yeməyidir. Xüsusilə qış aylarında yeyilə

turlar.az

geyim və ayaqqabılar toy makiyajlari toy gecesi ev dizaynlari yataq otagi otaq dizayni yumurta ile uz maskalari kosmetologiya kosmetika uşaq şeirləri yuxuda qara ilan gormek qaynanaya aid novruza aid hakista veten haqqinda atalar sozu