Hamı bu günü gözləyir - Qurban bayramında görün nə baş verəcək

Hamı bu günü gözləyir - Qurban bayramında görün nə baş verəcək"Hazırda Günəşin görünən diskində 22 günəş ləkəsi müşahidə olunur. Bunlar 2 ləkə qrupunda birləşiblər. 2672 nömrəli ləkə qrupu böyük olsa da - Yer səthindən hansısa tutqun şüşə ilə baxdıqda bu ləkə qrupunu adi gözlə də görmək olar - güclü Günəş alışmalarını generasiya etməyə qadir deyil".

Unikal.org xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

O, Günəşin səthində böyük ölçüyə malik növbəti tac dəliyinin formalaşdığını qeyd edib.

E. Babayevin sözlərinə görə, tac dəliyindən yüksək sürətli Günəş küləyi (yüklü zərrəciklərdən ibarət plazma) öz başlanğıcını götürərək planetlərarası fəzaya, o cümlədən Yerə doğru yönəlmiş olur. Direktor müavini vurğulayıb ki, tac dəliyindən "əsən" Günəş plazma küləyinin təsirlərinin 1-2 sentyabr tarixlərində Yerə çatması gözlənilir: "Həmin plazma küləyi Yer maqnetosferində həyəcanlaşma yaradacaq və nəticədə hətta zəif səviyyəli geomaqnit qasırğası da gözlənilir. Əslində burada qeyri-adi heç nə yoxdur. İl ərzində 2 dəfə - yaz və payız gecə-gündüz bərabərliyi nöqtələri ətrafında geomaqnit qasırğalarının intensivliyi və gücü artır, daha çox qütb parıltıları müşahidə olunur".

E. Babayev vurğulayıb ki, sentyabrın 1-2-də müşahidə olunacaq budəfəki geomaqnit qasırğasının səbəbi bilavasitə Günəş alışması yox, tac dəliyindən başlanğıcını götürən Günəş plazma küləyi olacaq.

Onun sözlərinə görə, planetlərarası maqnit sahəsinin Z komponentinin istiqaməti cənubu göstərərsə, o zaman həyəcanlaşma daha da güclü olacaq: "Bu gün üçün geomaqnit həyəcanlaşmasını xarakterizə edən əsas Kp indeksinin qiyməti 1-3 arasında dəyişir. Hesab edirik ki, sentyabrın 1-2-də bu qiymət qalxacaq. Kosmik hava sentyabrın əvvəlinədək stabil vəziyyətdə olacaq. Hazırda atmosfer təzyiqi də normaldır".

Qeyd edək ki, sentyabrın 1-2-si Qurban bayramına təsadüf edir.

Xəbərlər     Baxılıb: 2141   Tarix: 28 avqust 2017
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

yemek reseptleri reseptler hamiləlik güllərin mənası şirniyyat reseptləri boyuk qadin dosleri cinsi yaxinliq kosmetika tanisliq xocali novruz haqistalari kökəlmək üçün faydalı məsləhətlər