Hamilə olduğu deyilən Natavan BÜTÜN GERÇƏKLƏRİ danışdı - "Aldadan deyiləm... "
Müğənni Natavan Həbibi reklam xatirinə reper Dado Əliyevə (Səid) ərə getməsi xəbərlərinə münasibət bildirib.
A24.az-ın məlumatına görə, sənətçi "Lider maqazin"ə açıqlamasında bu söz-söhbətin onu çox əsəbiləşdirdiyini deyib:
"Natavanın həyatına, seçiminə heç kim müdaxilə edə bilməz. Ağlıma da şübhə ilə yanaşmasınlar. Mənim addımıma reklam kimi baxanlar özünü tanımayan insanlardır. Reklam olunası adam çox olub, lazım olsa onlarla edərdim. Gülməli söhbətlərdir. Özümü aldadan insanlardan deyiləm. Bu cür həyatda özümü görmürəm.
Sənət uğrunda hansısa reklam fikirləşmərəm, həyatımda dəyişikliklər etmərəm. Bu sənət mənim üçün heç nədir. Musiqi mənim dünyamdır. Amma şou-biznes mənim üçün sıfırdır, onun naminə heç bir addım atmaram. Reklam üçün ailə qurmaram.
Səidəmi qaldı reklam? Səid qonşum deyil. Bir insanın həyatında dəyişikliklər edirəmsə, nə xoş mənə. Mən də xoşbəxtəm. Səid məni artıq xoşbəxt edib".
Qeyd edək ki, cütlüyün bu gün toyudur.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin