Hamilə qadın cinsi əlaqə zamanı orqazm ola bilərmi? - RİSKLİDİRMİ?

Hamilə qadın cinsi əlaqə zamanı orqazm ola bilərmi? - RİSKLİDİRMİ?Hamiləlikdə orqazm zamanı uşaqlıq yolunda hamar əzələlərin daralması baş verir. Uşaqlıq yolu dar olduğundan, bu sancılar ilk aylarda gələcək ana tərəfindən hiss olunmur.
Hamiləliyin 4-cü ayından etibarən gələcək ana hamar əzələ daralmalarını hiss etməyə başlayır, lakin bu sancılar qısa müddətli olduğundan, vaxtından əvvəl doğuş riskini artırmır.
Hamiləlik zamanı orqazm vaxtından əvvəl doğuşa səbəb ola bilərmi?
Hamiləlik dövründə sağlamlıq problemi olmayan anada cinsi əlaqə və orqazm vaxtından əvvəl doğuşa səbəb olmur. Amma qanaxma riski, vaxtından əvvəl doğuş və s. Belə hallarda cinsi əlaqə qadağan edilə bilər. Buna onu müayinə edən mama (ginekoloq) qərar verir.
Hamiləlik dövründə orqazm zamanı uşaqlıqda meydana gələn sancılar 4-cü aydan sonra gələcək ana tərəfindən hiss olunur. Bu sancılar çox qısa müddətli olduğundan körpəyə heç bir zərəri yoxdur.
Erkən doğuşun səbəbləri araşdırıldıqda bəzi amillərin aktiv rol oynadığı müəyyən edilmişdir. Bu amillərdən bəziləri...
Siqaret və spirt istifadəsi:
Hamiləlikdən əvvəl və hamiləlik dövründə siqaret çəkmək, spirtli içki qəbul etmək erkən doğuş riskini artırır. Erkən doğuş olmasa belə, bu zərərli vərdişlər birbaşa ana bətnindəki körpəyə mənfi təsir edir. Buna görə də hamiləlik başlayan gündən sona qədər sağlam həyat tərzi müləq vacibdir.
Davamlı dərman istifadəsi:
Hamiləlik zamanı hansısa xroniki xəstəliyin müalicəsi üçün istifadə edilən dərmanlar erkən doğuş riskini artıran səbəblərdəndir. Yanaşı xəstəliklər üçün nəzərdə tutulan bu dərmanları bir müddət dayandırmaq mümkündürsə, yaxşı olar ki, hamiləlik zamanı dərmanlardam imtina etmək lazımdır.
Həddindən artıq çəki artımı:
Hamiləliyin sonuna qədər orta hesabla 9-12 kiloqram çəki artımı normal hesab edilir. Bundan daha çox çəki artımı artıq hamiləöliyi riskli vəziyyətə gətirə bilər. Həddindən artıq çəki artımı vaxtından əvvəl doğuş riskinə səbəb ola bilərr.
Qeyri-adekvat və balanssız qidalanma:
Hamiləlik çox yorucu bir dövrdür. Bu dövrdə gələcək analar fizioloji və psixoloji cəhətdən çox çətin anlar keçirirlər. Ona görə də hamiləlik prosesi boyunca adekvat və balanslı qidalanmaya diqqət yetirmək lazımdır. Gələcək ananın qida çatışmazlığına məruz qalması; Körpə lazımi vitaminləri, mineralları və qidaları almadığından, vaxtından əvvəl doğuş ehtimalını gətirəcək. Hamiləlikdə sink və dəmir çatışmazlığı erkən doğum riski yaradır.
Hamiləlik dövründə uzun müddət ayaqda qalmaq və ağır işlərlə məşğul olmaq:
Hamiləlik zamanı fiziki aktivlik lazımlı olsa da, ağır işlərlə məşğul olmaq təhlükəlidir. Erkən doğuş riskinin olmaması üçün hamilə qadın mütləq dincəlməli, bədənini çox yormamağa diqqət etməlidir.
Risk dövründə cinsi əlaqə:
Hamiləlik dövrü üç mərhələdən ibarətdir. Cütlüklər üçün ilk və son mərhələdə (ilk və son 3 ayda) cinsi əlaqənin artması vaxtından əvvəl doğuş riskini çoxalda bilər. Cinsi əlaqə zamanı orqazm olarkən meydana gələcək sancılar, xüsusilə hamiləliyin son mərhələsində doğum əlaməti olaraq qəbul ediləcəyi üçün bu dövrlərdə cinsi əlaqə tövsiyə edilmir. Dünyaya gələcək körpənin qız olması, ana bətnindəki körpənin aşağıda yerləşməsi də cinsi əlaqə zamanı erkən doğum ehtimalını artırır.
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 4443   Tarix: 10 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

turlar.az

geyim necə seçməli kosmetik vasiteler yay geyimləri 2026 enli koftalar moda aliment öhdəlikləri kakao kosmetika burclər gözəllik vidyolar hamilelik hakiwda