Hamilə qadınlar peyvənd olundu - Təhlükə varmı?
"Pfizer/BioNTech" hamilələr üçün peyvənd sınaqlarına başlayıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, araşdırma 9 ölkədə 4 min qadın üzərində gerçəkləşdiriləcək.
Artıq araşdırma çərçivəsində ABŞ-dakı qadınlara ilk dozalar inyeksiya olunub.
Prosedura qatılan qadınlar 18 yaşdan yuxarı və hamiləliklərinin 24-34-cü həftəsindədirlər.
Sınaqlar yaxın zamanda Kanada, Argentina, Braziliya, Çili, Mozambik, Cənubi Afrika, Britaniya və İspaniyada başlayacaq.
Şirkətlərdən ötən gün verilən açıqlamada vaksinin daha əvvəl hamilə heyvanlar üzərində sınaqdan keçirildiyi və riskli vəziyyət müşahidə olunmadığı bildirilib.
ABŞ qanunlarına əsasən, vaksinin dölə zərər vermədiyi və ya heyvanlarda dölü itirmək riski olmadığı sübut edilənə qədər kliniki sınaqların başlanması qadağandır.
Araşdırma anaların vaksinasiya olunan körpələrin doğulduqdan sonra koronavirusa qarşı immuniteti olub-olmadığını öyrənməyi əhatə etmir.
Milli.Az /news.milli.az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Türkandan iddialı plan: Dilarə ilə dünya səviyyəli duet
Yanından keçirik, amma şəfasınl bilmirik
Aralıqlı orucla bağlı mif dağıdıldı
Allergiya mövsümü başladı: Gözlərinizin qorunma yolları
Kilosu 1 manata satılır, üzünə baxan yoxdur - Damarları açır, ürəyi gücləndirir
45 yaşlı aktyor evində ölü tapıldı
Nazilə İçərişəhərdə parklanma qiymətindən şikayətləndi
Konsertini buna görə təxirə saldı
Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir
Yuxudan oyanan kimi bunları edin