Hamilə qadınların ən çox qorxduqları nədir?

Hamilə qadınların ən çox qorxduqları nədir?Hamiləlik zamanı qadınların nəinki, fizioloji, hətta, psixoloji vəziyyətlərində də dəyişikliklər meydana gəlir. Bu psixi dəyişikliklərin sırasında hamilə qadınların qorxuları da yer tutur.

Ana olmaq qadının ən təbii bioloji tələbatlarından biridir. Bu təlabat qadını ən çox sevindirən və xoşbəxt edən tələbatdır. Amma hamiləlik baş verdikdən sonra hər şey asan və ideal olmur. Hamiləlik zamanı qadının orqanizmində bir çox fizioloji və psixoloji dəyişikliklər baş verir. Hətta, sağlam hamiləlik keçirən qadınlarda belə bəzi psixoloji əlamətlər meydana çıxa bilir. Bu əlamətlərdən biri də hamilə qadının qorxularıdır.

Qadınlar hamilə qaldıqları gündən hamiləliklərini necə keçirəcəklərini, uşağı dünyaya necə gətirəcəklərini və onu necə böyüdəcəklərini düşünürlər. Bu da təbii olaraq hamilə qadınların sinir sisteminin zəifləməsinə və əsəbi gərginliklərin əmələ gəlməsinə səbəb olur. Bu cür düşüncələrlə yaşamaq hamilə qadınlarda qorxu hissəsinin əmələ gəlməsinə və getdikcə inkişaf etməsinə səbəb olur.

Hamilə qadınların ən çox qorxduqları şey uşaqlarına ürəklərinin istədiyi kimi baxa bilməməkdir. Bəzən isə analar uşağı dünyaya gətirdikdən sonra karyeralarının yarımçıq qalacağını düşünərək qorxu içərisində yaşayırlar.

Bəzi qadınlar " Mən ərimə övlad dünyaya gətirirəm" düşüncəsi ilə yaşayırlar. Bu isə mütləq bu uşağı dünyaya gəyirməliyəm və ya mütləq oğlan doğmalıyam kimi fikirlərin formalaşmasına, dolayısıyla da qorxu hissinin formalaşmasına səbəb olur. Hamiləlik dövrünü qorxu hissi ilə keçirmək qadının əsəblərinin pozumasına səbəb olur.
Hamilə qadının qorxu ilə yaşaması uşağın sinir sisteminə təsir edir. Belə ki, ananın emosional düşüncələri, əsəbi gərginliyi uşağı da narahar edir. Psixoanalitiklər bu səbəbdən də ananın gərgin olmasını və qorxu hissi ilə yaşamasını düzgün hesab eləmirlər. Çünki, bu uşağın normal inkişafının ləngiməsinə səbəb olur.

Hamilə qadınların qorxu hissi ilə yaşamasına onların internetdən çox məlumat toplamalarıdır. Mütəxəssislər hamilə qadınlara internetdən istifadə edərkən onları hər bir oxuduqlarına inanmamalarına səsləyir.

Hamilə qadınların qorxu hissi ilə yaşamalarına səbəb olan amillərdən biri də onların doğuşdan qorxmalarıdır. Mütəxəssislər doğuş qorxusu ilə yaşamaqdansa hamilə qadının doğuma psixoloji cəhətdən hazırlanmasını məsləhət bilir. Müasir tibbdə doğum öncəsi nəinki hamilə qadının hətta, uşağın atasının da doğuşqabağı psixoloji məsləhət alması təşkil edilir. Bu isə doğuşun normal keçməsinə və ananın psixoloji travma almamasına səbəb olur.

Ailə və Uşaq     Baxılıb: 2070   Tarix: 20 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

turlar.az

qadin sayti qis geyimləri 2026 geyim və ayaqqabılar geyim şəkilləri islamda hicab qarağatın faydaları saç həkimi kosmetika salatlar opusme novruz bayramina aid vətənə aid bayatı nizami gencevi