Hamilə qala bilmirsiniz?

Hamilə qala bilmirsiniz?Nə üçün hamilə qala bilmirəm?

Uzun zamandır ki, hamilə qalmağa çalışırsıznız və uğursuz olur. Artıq özünüzə sual verirsiniz ki, problem nədir? Axı nə qaydasında deyil? Nə etməliyəm? Bu kimi suallar sizi narahat edir. İndi isə uzun zamandır hamilə qalmağa çalışıb uğursuzluqla qarşılaşan cütlüklərin bu suallarına cavab verək.

Uzun zaman cəhd edib, lakin hamilə qala bilməyən insanların ilk düşündükləri sonsuzluqdur. Sonsuzluq və onun səbəblərini Sonsuzluq bölməsində ətraflı izah etdik. Lakin, burada da qısa demək lazım gələrsə, bir illik qorunmasın cinsi əlaqə nəticəsində hamiləlik əldə edilməyibsə sonsuzluq ilk sonsuzluğun əlamətləridir. əlbəttə, yaşınız 35-dən yuxarıdırsa bu müddəti 6 ay olaraq nəzərdə tutun.
Nə zaman həkimə müraciət etməliyəm?

Yuxarıda da qeyd etdiyimiz kimi yaşınız 35-dən aşağıdırsa və bir illik sınaq nəticəsində hamilə qala bilməmişsinizsə, həkimə müraciət etməyinizi tövsiyə edirik. əlbəttə ki, uşaq dünyaya gətirməyinizə mənfi təsir edən probleminiz və ya bundan əvvəl keçirdiyiniz xəstəlik olubsa bu müddəti gözləmədən həkimə müraciət etməlisiniz. Aşağıda qeyd etdiyimiz problemlərdən hər hansı biri sizdə varsa mütləq həkimə müraciət edin:
Aybaşı pozğunluğunuz varmı?

Aybaşınızda olan pozğunluq ilkin sonsuzluq göstəricilərindən biridir. Aybaşınız 24 gündən az və ya 35 gündən artıq müddətdə təkrarlanırsa bu qaydasız siklus mayalanma ilə bağlı problemlərin ən mühümüdür. Bu halda vaxt itirmədən həkimə müraciət etməlisiniz.
Aybaşı qanaxmaları nə qədər olur, qanaxma zamanı laxtalanma olurmu?

Normal aybaşı qanaxması 3-7 gün arasıdır. Lakin, aybaşı qanaxması çox az olursa və ya lap çox olursa həkimə müraciət etməlisiniz. Yenə aybaşı qanaxmaları hər ay rəng, müddət və çoxluq baxımından fərqli olursa və qanaxmalar zamanı ağır qıc olma baş verirsə bu dünyaya uşaq gətirməklə bağlı probleminiz ola biləcəyini göstərir.
Neçə yaşınız var?

Bundan əvvəl də qeyd etdiyimiz kimi hamilə qalmaq üçün ən mühüm faktorlardan biri yaş faktorudur. Əgər, yaşınız 35-dən yuxarıdırsa bu zaman daha gənc qadınlarla müqayisədə hamiləlik şansınız aşağı olar. Əgər yaşınız 35-dən yuxarıdırsa və 6 ay qorunmasız şəkildə cinsi əlaqədə olmusunuz və hamilə qala bilməmisinizsə bu zaman həkimə müraciət etməlisiniz.
Neçə müddətə hamilə qala bilərəm?

Demək olar ki, bütün cütlüklər övlad sahibi olmaq üçün sınaq keçirməyə başladıqdan sonra nə qədər müddətdə hamilə qalacağını bilmək istəyir. Hamiləlik gözlədikləri qədər qısa müddət içərisində əldə edilmədikdə, digər hər kəsin bir neçə ay içərisində hamilə qaldığını gördükdə özlərində hər hansı bir problemin olduğunu düşünürlər. İndi isə gəlin baxaq görək hamiləlik normal halda neçə müddətə əldə edilə bilər.

Almaniyada hamilə qalmağı qərarlaşdıran 346 qadın üzərində müşahidə aparılmış və 5 il sonra nəticələr toplanmışdır. Hamiləlik müddəti ilə əlaqədar aparılan bu araşdırmanın nəticələri çox maraqlıdır.

Bir aylıq sınaq nəticəsində 38% qadın uğurla hamilə qalmışdır.
3 aylıq sınaq sonunda 68% qadın hamilə qalmışdır.
6 aylıq sınaq sonunda tam 81% qadın hamilə qala bilmişdir.
12 aylıq sınaq sonunda isə hamiləlik faizi tam olaraq 92% olmuşdur.
346 qadının 310-u sağlam şəkildə hamilə qalmağı bacarmışdır.
Bu sınaqlar nəticəsində yalnız 36 qadın hamilə qala bilməmişdir.
Araşdırmanın nəticəsi onu göstərmişdir ki, bir illik sınaq nəticəsində hamilə qala bilmə nisbəti 92%-dir və bu da yüksək göstəricidir. Bununla belə, digər hamilə qala bilməyən 36 şəxsdən ibarət qrup təxminən 36 ay içərisində hamilə qalmağı bacarmışdır.

Yuxarıda qeyd edildiyi kimi, ətrafımızdakı insanların bir neçə ay içərisində hamilə qala bildiyini düşünmək əslində doğrudur, lakin bütün hamiləlik müddətləri eyni deyildir. 6 aydır sınaqdan keçirirsiniz, lakin nəticə əldə edə bilmirsinizsə qətiyyən ümidsizliyə qapılmayın, özünüzü və həyat yoldaşınızı üzməyin və sınaqlara davam edin. əgər yaşınız 35-dən yuxarıdırsa və 6 aylıq sınaq müddətində hamilə qala bilməmisinizsə mütəxəssis həkimə müraciət edin. Aşkar bir probleminiz və ya keçirdiyiniz mühüm xəstəlik varsa bu müddəti gözləmədən mütəxəssis həkimə müraciət edin.

Bir sıra cütlük uzun müddət ümidlərini kəsməyərək gözləyir. Lakin, unutmamaq lazımdır ki, sonsuzluğun müalicəsi gənc yaşlarda daha uğurlu nəticələr verir. Yuxarı yaşlarda aparılan sonsuzluq müalicəsinin uğur nisbəti çox yüksək olmur.

Ailə və Uşaq     Baxılıb: 4270   Tarix: 24 oktyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

turlar.az

yay geyimləri 2025 geymler 2025 donlar 2025 xinayaxdi haxista sac duzumleri masaj yaz yay 2025 kosmetika birlik bayatı bayatılarımızda vətən həsrəti nizami gencevi xlor lekesi