"Hamilələr arasında ölüm halları artıb" - Mütəxəssislər həyəcan təbili çalır
Mütəxəssislər iki ildir davam edən COVID-19 pandemiyasından yeganə çıxış yolunun peyvənd olduğunu hesab edirlər.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, artıq dünyanın bir çox ölkələrində hamilə qadınların da virusa qarşı vaksinasiyasına başlanılıb.
Türkiyədə artıq 50 faiz hamilə qadın koronavirus əleyhinə peyvənd olunub.
Türkiyə Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsinin üzvü Serap Şimşək Yavuz hesab edir ki, hamilə qadınlarda peyvənd nisbətlərinin artırılması üçün aktiv peyvənd kampaniyası aparılmalıdır:
"Hamilə qadınlar hələ də peyvəndə tərəddüdlə yanaşırlar. Dünyanın hər yerində bir çox hamilə qadına peyvənd vurulub və həm mRNA peyvəndləri, həm də təsirsiz hala gətirilən peyvəndlər xəstəliyin yayılmasının qarşısını alır. Hamilə qadınlar hər iki peyvəndi rahatlıqla vurdura bilər".
O qeyd edib ki, ortalama 28 yaş aralığında olan hamilə qadınlarda peyvənd olunmayanlar arasında ölüm halları qeydə alınır:
"Hazırda 12 yaşdan yuxarı uşaqları peyvənd edirik və bu qrupda peyvənd göstəriciləri çox yüksək deyil. İnsanlara bunun təhlükəsiz olduğunu izah etməliyik. Məktəblərin açılması, məhdudiyyətlərin olmaması virusa yoluxma sayını artırır. Peyvənddən qaçmağa ehtiyac yoxdur".
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi