Hamiləlik dövründə ürəyiniz bulanırsa, bunları edin

Hamiləlik dövründə ürəyiniz bulanırsa, bunları edinHamiləlik dövründə bir çox analar ürəkbulanma və qaytarma kimi xoşagəlməz halla qarşılaşır. Bu hamilə qadındlarda fərqli vaxtlarda baş veririr. Bəzilərində hamiləliyin ilk, bəzilərində isə son dövrlərinə təsadüf edir. Bu problemin aradan qaldırılması üçün müəyyən qaydalara əməl etmək lazımdır.
Milli.Az axşam.az-a istinadən hamiləlik dövründə xoşagəlməz problem olan ürəkbulantısının aradan qaldırılması üçün əməl olunması nəzərdə tutulan qaydaları təqdim edir.
-Tez-tez və az-az yemək lazımdır. Belə etsəniz hamiləlik dövründə yaranan bulanmadan xilas ola bilərsiniz. Boş mədə də bulantını çoxaldır. Az miqdarda da olsa, yemək yemək mütləqdir.
- Qızardılmış və ədviyyatlı yeməklər ürəkbulanma yaradan əsas amillərdəndir. Bunları yedikdə xoşagəlməz hal daha da artır.
- Hamiləlik dövründə bol miqdarda protein qəbul etmək lazımdır. Buna görə də yumurta, süd və un məhsullarına daha çox üstünlük verin.
- Yuxudan oyanan kimi yemək yemək olmaz. Bir az gözləmək lazımdır. Müəyyən vaxt keçdikdən sonra quru şirniyyat yeyə bilərsiniz.
- Yemək yedikdən sonra yatmaq olmaz. Yediklərinizin yaxşı həzm olunması üçün ayaq üstə çoxlu vaxt keçirməlisiniz.
- Bol miqdarda maye qəbul etməlisiniz. Əgər maye qəbulu ürək bulantısını artırırsa, onu kiçik buz dənəcikləri formasında qəbul etməlisiniz.
- Çoxlu istirahət etməlisiniz. Əgər bu müddət ərzində işləyirsinizsə, mütləq icazə almalısınız. Çünki stress və yorğunluq ürək bulantısını artırır.
- Suya, ya da soyuq çayın içinə bir dilim limon atıb içə bilərsiniz. Limonun qoxusu ürək bulantısını azaldır.
- Hər sabah bir çay qaşığı zəncəfili balla qarışdırıb içsəniz, ürək bulantısı aradan qalxar.
- Bəzən hamiləlik dövründə qəbul edilən dərmanlar da ürək bulantısı yaradır. Həkimlə məsləhətləşdikdən sonra bu dərmanlardan imtina edə, yaxud da başqa əvəzləyicilərlə əvəz edə bilərsiniz.
- B6 vitamininin qəbulu hamiləlik dövründə çox əhəmiyyətlidir. Bu da ürəkbulanmanı azaldır, mədə problemini aradan qaldırır.
-Masaj da ürəkbulantısını azaldan amillər sırasındadır. Lakin bunu mütəxəssislə danışmadan etməyin.
- Hamiləlik dövründə pozitiv düşünmək hər şeyin yaxşı olacağına inanmaq lazımdır. Qaydalı şəkildə yürüşə çıxmaq, təmiz havada çoxlu vaxt keçirmək mütləqdir. Hər hansı yaranan problemin keçici olduğunu düşünməli və rahat olmalısınız.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1797   Tarix: 05 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

turlar.az

sade makiyaj sekilleri yemek reseptleri aksessuarlar keyks yemək reseptləri sızanaqlara qarşı maskalar dil haqqinda atalar sözləri kosmetika rus dilini öyrənək xanim.az salatlar ekizler cinsi