Hamiləlik şansını artırmaq üçün 5 tövsiyə

Hamiləlik şansını artırmaq üçün 5 tövsiyəHamilə qala bilməmək dövrümüzün ən önəmli problemlərindən biridir. Bunun səbəbi sizin cinsi Sağlamlığınızın yerində olmaması ilə əlaqədar olmaya bilər. Həyat tərzinin normal olmaması, düzgün qidalanmama, stresli həyat tərzi və s. kimi faktorlar hormonların alt-üst olmasına gətirib çıxara, bu da hamilə qalmaq şansını azalda bilər. Lakin bütün bunları həyat tərzinizi dəyişərək idarə altına ala bilərsiniz! Hamilə qalmaq şansınızı artıracaq 5 tövsiyəni sizlərə təqdim edirik.

1. Çəkinizi kontrol edin. Artıq çəki və ya çəkinin az olması mensturasiya qaydasını pozur. Esterogen hormonunun böyük bir qismi digər hormonların yağ təbəqəsinə çevrilməsi ilə ortaya çıxır. Bu tarazlığı qorumaq üçün bədəninizdəki yağ kütləsi 17-21% olmalıdır. Əks təqdirdə qandakı esterogen səviyyəsi arta və ya azala bilər. Bu da yumurtlama qaydasını pozur və hamilə qalmağı çətinləşdirir.
2. Siqareti tərgidin Siqaretin zərərlərinin çox bilinməsinə rəğmən siqaret istifadəsinin hələ də olduqca yüksəkdir. Aparılan araşdırmalar və alimlərin təsdiqi ilə müəyyən olunub ki, siqarer spermlərin sayını 17% azaldır. Siqaret çəkən qadınlarda isə bu təsir sadəcə hamilə qalmaq şansını çətinləşdirmir, eyni zamanda düşük olma ehtimalını da artırır. Üstəlik siqaret çəkən insanlar hamilə qalmaq üçün etdikləri müalicədə siqaret çəkməyən insanlara nəzərən daha çox dərman qəbul etməli olurlar. Siqaretlə yanaşı həmçinin alkoqol qəbulu da anormal sperm quruluşuna səbəb olur.

3. Məşq edin. Gündəlik yüngül məşqlər bədən və zehin sağlamlığını qorumağın ən asan yoludur. Yerimək, velosiped sürmək, üzmək, aerobika ideal idman növləri arasındadır. İdman sayəsində yağlar əriyir, stress səviyyəsi düşür və hormonal irəliləyiş olur. Unutmamaq lazımdır ki, ağır idman növləri də mensturasiya və yumurtlama nizamını pozur.

4. Sağlam qidalanın. Sağla qidalanmaq ideal bədən ağırlığını qoruyub, hormonal səviyyələrin normal olmasını təmin edir. Yemək seçimində antioksidant və xüsusilə vitamin C və E ilə zəngin olanlara üstüblük vermək lazımdır. Bu yeməklər kişilərdə sperma sayına və hərəkətlərinə müsbət təsir göstərir. Yağlı yeməklər isə yumurtlama qaydasını pozan səbəblərdən biri olan insulin ifrazının artırır. İnsulinin artmasına səbəb şirniyyatlar və tərkibində çoxlu karbonhidrat olan yeməklərdir.

5. Doğru zamanda əlaqəyə girin Bir qadının yumurtasının döllənmə müddəti 24-48 saat, spermin döllənməsi isə 72 saat təşkil edir. Bu səbəblə cinsi əlaqəyə girdiyiniz vaxtlara diqqət etməlisiniz ki, spermlə yumurta qarşılaşa bilsin. Qadınlar əsasən gözlədikləri mensturasiyadan 14 gün əvvəl yumurtlayırlar. Hamiləlik şansının ən çox olduğu əlaqə isə yumurtalaman bir neçə gün əvvəl olmalıdır. Hamiləlik şansının artması üçün hər gün əlaqəyə girmək lazım deyil, 2-3 gündə bir olması da yetərlidir. Əgər qadın düzgün mensturasiya olmursa, ginekoloji müayinə gərəklidir.

Ailə və Uşaq     Baxılıb: 2046   Tarix: 07 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

turlar.az

geyim seçimi yay geyimləri 2026 kosmetika mehsullari fransiz qadinlari gözəllik məhsulları uşaq xəstəlikləri burc xelife kosmetika geyim sanama badambura qaynanaya aid hüzeyir hacibəyov